Rasim Əliquliyev: “Türkiyə və Azərbaycan prezidentlərinin dəstəyi “TEKNOFEST”in əhəmiyyətini göstərir” May 21, 2022 | 11:59 / Müsahibələr, çıxışlar
“TEKNOFEST Azərbaycan” festivalının Türkiyədən kənarda Azərbaycanda ilk dəfə keçirilməsi Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqət göstərməsindən xəbər verir".

Bunu “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, məhz Azərbaycanda İKT sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkə belə bir mötəbər tədbirə ev sahibliyi edir: “Texnologiya sahəsində ən son nailiyyətlərin təqdim olunacağı “TEKNOFEST Azərbaycan” festivalının ölkəmizdə keçirilməsi əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirin ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da nəzərdə tutulan iştirakı onun böyük tarixi əhəmiyyətə malik olmasının göstəricisidir. IV Sənaye İnqilabının yaratdığı yeniliklər texnoloji cəmiyyətin qurulmasını tələb edir. Məhz bu gün innovativ inkişaf yolunu tutan ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi innovasiyaya meyilli digər ölkələrin də Azərbaycana marağını artıracaq. Həmçinin bir çox transmilli şirkətlərin Azərbaycanı regional mərkəz kimi seçməsi üçün “TEKNOFEST Azərbaycan” unikal imkanlar yaradacaq”.

R.Əliquliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi müəssisə və təşkilatları tərəfindən mayın 26-29-da “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq sərgidə AMEA-da əldə edilmiş elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək: “TEKNOFEST Azərbaycan”da yüksək səviyyədə təmsil olunmaq məqsədilə müvafiq dövlət qurumları, məsul şəxslər, ayrı-ayrı təşkilatlarla əlaqələr qurulub. AMEA pavilyonda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 5 institutu və Yüksək Texnologiyalar Parkının 5 rezidentinin təklif etdiyi layihələrlə təmsil olunacaq. İşçi qrup mütəmadi olaraq, sərgidə iştirakla bağlı görülən işlərə dair müzakirələr keçirir, monitorinqlər aparır. Sərgidə yer alacaq AMEA pavilyonunun strukturunun və konsepsiyasının müəyyənləşdirilməsi, qoyulmuş tələblərə uyğunlaşdırılması, texniki parametrlər və s. ilə bağlı məsələlərin diqqətdə saxlanması vacibdir və bu istiqamətdə işlərin sürətləndirilməsi önəmlidir. Akademiyada təqdim olunmuş məhsul və layihələrin sərgidə dörd gün ərzində nümayişi nəzərdə tutulur. Hesab edirəm ki, AMEA-nın bu istiqamətdə həyata keçirilən PR siyasəti ölkədə gedən proseslərə adekvat olmalıdır”.

Vitse-prezident vurğulayıb ki, “Teknofest Azərbaycan” ölkə alimləri üçün geniş innovativ imkanlar açacaq: “AMEA və onun digər institutları kimi, İnfomrasiya Texnologiyaları İnstitututu da bu prosesdən kənarda qalmamalıdır. Vətəndaşları müasir reallıqlara hazıralamaq, yeni nəsil insan yetişdirmək, təhsilin qarşısında yeni paradiqmaların ortaya çıxması və müasir texnologiyaların tətbiqi ilə təhsilin məzmununun qeyd olunan tələblərə uyğunlaşdırılması istiqamətində pedaqoji fəaliyyətlə məşğul olan qurumlar və AMEA-nın müvafiq institutları birgə fəaliyyət göstərməlidir”.
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı