“Ağıllı ev” texnologiyaları yaşlı insanlar üçün böyük üstünlüklər təqdim edir May 24, 2022 | 10:12 / Konfranslar, iclaslar

Kiber-fiziki sistemlər yaşlı insanların gündəlik həyatının tərkib hissəsinə çevrilib. Bu sistemlər yaşlı insanlar üçün müxtəlif məişət məsələlərində köməkçi funksiyasını yerinə yetirir və yaşlıların təhlükəsizliyinə nəzarət edərək daha uzun müddət müstəqil yaşamalarına dəstək verirlər.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat institutun elmi seminarının 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş onlayn iclasında çıxışı zamanı məlumat verib.

L.Suxostat “Sənaye 4.0 dövründə kiberfiziki sistemlər yaşlı insanların xidmətində” mövzusunda çıxışı zamanı kiber-fiziki sistemlərin daim inkişaf etdiyini və geniş imkanlara malik olduğunu bildirib.

O, sağlam yaşlanma problemlərindən bəhs edərək gündəlik həyatda yaşlı insanların yaşayışını asanlaşdıran kiber-fiziki sistemləri diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə tətbiq olunan “ağıllı ev” texnologiyaları yaşlı insanlar üçün böyük üstünlüklər təqdim edir. L.Suxostat kiber-fiziki sistemlərin yaşlı insanlar üçün istifadəsi zamanı rast gəlinən problemləri təqdim edərək bildirib ki, qurğular daşınma və istifadə üçün yüngül, kiçik və rahat olmalı, kompüterlərdən və digər texniki vasitələrdən istifadə zamanı onlarla qarşılıqlı təsir sadə olmalı, eyni zamanda şəxsi məlumatların mühafizəsinə diqqət yetirilməlidir.

Məruzəçi həmçinin evin təhlükəsizliyinin, insan sağlamlığının təminatı, eləcə də onurğa problemlərinin həlli üçün tətbiq olunan sistemlər haqqında ətraflı məlumat verib.

L.Suxostat kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinə təhdidlərdən söz açaraq məxfilik, tamlıq, əlçatanlıq, etibarlılıq, miqyaslanma kimi tələblərə əməl olunmasının vacibliyinə toxunub.

Məruzə ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı