İnstitutun şöbə müdiri rəqəmsal iqtisadiyyat üzrə elmi konfransda məruzə ilə çıxış edib May 10, 2022 | 09:10 / Konfranslar, iclaslar

6 may 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev də iştirak edib.

Alim elmi konfransda çıxış edərək AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə institutda hazırkı dövr üçün aktual hesab olunan informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.

Tədbirdə “Regional sosial-iqtisadi inkişafın keyfiyyətliliyinin təminində onun kiberdayanıqlılığının artırılması məsələləri” mövzusunda məruzəsini təqdim edən dosent Ə.Əliyev tədqiqat işinin regional sosial-iqtisadi inkişafın keyfiyyətliliyinin təmini aspektində onun kiberdayanıqlılığının artırılması məsələlərinə həsr olunduğunu bildirib. Qeyd edib ki, burada müasir sosial-iqtisadi inkişafa rəqəmsal iqtisadiyyatın təsiri izah edilmiş, iqtisadi inkişafda kiberdayanıqlılığın zəruriliyi əsaslandırılmış, onun ölçülməsinə baxışlar təhlil olunmuşdur. Müvafiq sahədə meyarlar təklif edilmiş, kiberdayanıqlılığın artırılması üzrə bəzi tövsiyələr verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı