Akademik Arif Həşimov AMEA-nın gənc alimləri ilə görüşüb Aprel 12, 2022 | 03:32 / Görüşlər

AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın elmi müəssisə və təşkilatlarının Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri ilə görüşüb.

Tədbiri akademik Arif Həşimov açaraq bundan öncə AMEA-nın elmi bölmələrinin nümayəndələri ilə Azərbaycan elminin dayanıqlı inkişafının təmin edilməsi üçün qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə görüşlərin keçirildiyini, səsləndirilmiş təkliflər əsasında Rəyasət Heyəti tərəfindən müvafiq qərarın qəbul edildiyini və artıq bu istiqamətdə müəyyən işlərin həyata keçirilməyə başlanıldığını söyləyib. Hazırda da AMEA-nın güclü kadr potensialının olduğunu diqqətə çatdıran akademik A.Həşimov perspektivli, intellektual gənclərin hesabına elmi məktəblərimizi, kadr potensialımızı qoruyub saxlamağın və inkişaf etdirməyin zəruriliyini bildirib.

Görüşdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova da çıxış edərək qadınların hüquq və azadlıqlarının təmin olunmasında informasiya cəmiyyətinin texnoloji platforması olan İKT-nin mühüm rol oynadığını vurğulayıb. İKT-nin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biri olduğunu qeyd edib. O, eyni zamanda region məktəblərində İKT-nin tədrisinin bilik mübadiləsinə, şagirdlərin maarifləndirilməsinə, onların asudə vaxtının səmərəli təşkilinə, bununla yanaşı ixtisas seçiminə olan təsirini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər şura sədrləri AMEA-nın elmi müəssisə və təşkilatlarında Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin fəallığının artırılmasına dair bir sıra təkliflər irəli sürüblər.

Sonda gənc alimləri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı