Big Data məlumatlarının klasterləşdirilməsi məsələlərinə həsr olunmuş seminar keçirildi Aprel 11, 2022 | 09:40 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi. “Zoom” platforması üzərindən baş tutan seminarda “Big Data məlumatlarının klasterləşdirilməsinin xülasəsi” (“Review of clustering Big Data”) mövzusunda məruzə dinlənildi.

İnstitutun dissertantı Tural Bədəlov məruzəni təqdim edərək klasterləşmənin geniş tətbiq sahələrinə malik olduğunu bildirdi. O, böyük ölçülü verilənlərin klasterləşməsində istifadə olunan alqoritmlər və metodlardan söz açdı, onların hər birinin iş prinsipini diqqətə çatdırdı. 

“Hər hansı klasterləşmə metodunu tətbiq etməzdən əvvəl əsas məsələ  klasterlərin sayının müəyyənləşdirilməsidir”, - deyə bildirən T.Bədəlov bu problemin həlli üçün istifadə olunan “sVAT/siVAT” vizual metodlarından bəhs etdi.

Məruzəçi ümumi şəkildə bölünməyə və sıxlığa əsaslanan alqoritmlər, ierarxik alqoritmlər haqqında məlumat verdi, eyni zamanda böyük ölçülü verilənlərin klasterləşdirilməsi üçün istifadə olunan müxtəlif texnikalardan, o cümlədən verilənlərin paralel işlənməsi və atributların sayının azaldılması üsullarından  geniş bəhs etdi, onların üstünlükləri və çatışmazlıqlarını seminar iştirakçılarının diqqətinə çatdırdı.

T.Bədəlov çıxışının sonunda verilmiş müəyyən alqoritmin tətbiqi nəticəsində alınan  klasterlərin keyfiyyətinin qiymətləndirilməsi üçün tətbiq olunan müxtəlif yanaşmalar barədə məlumat verdi. 

Məruzə ətrafında geniş fikri mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini bölüşdü, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı