İnstitutun icraçı direktoru Hesablama və İnformatika üzrə V Beynəlxalq Konfransda məruzə ilə çıxış edib Mart 14, 2022 | 09:38 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov 9-10 mart 2022-ci il tarixlərində Misirin Yeni Qahirə şəhərində onlayn formatda keçirilən Hesablama və İnformatika üzrə V Beynəlxalq Konfransda (5th International Conference on Computing and Informatics, ICCI-2022) iştirak edib.

R.Ələkbərov konfransda “Cloudlet çoxluğunda tətbiqi proqramların tiplərinə uyğun cloudletlərin seçilməsi strategiyası” (Cloudlet selection strategy according to the types of applications in cloud networks) mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə mobil istifadəçilərin tətbiqi proqramlarının cloudlet çoxluğunda sürətlə yerinə yetirilməsini təmin edən ən uyğun cloudlet-in seçilməsinin hələ də böyük bir problem olduğu qeyd edilmişdir. Tətbiqi proqramların mürəkkəblik dərəcəsini (faylın tipi) nəzərə almaqla onların sürətli həllini təmin edən, hesablama məhsuldarlığı yüksək olan cloudlet-in seçilməsi strategiyası təklif edilmişdir.

Göstərilmişdir ki, cloudlet şəbəkəsinin yaradılmasında istifadə edilən kompüter avadanlıqları müxtəlif texniki imkanlara malikdirlər. Məqalədə mürəkkəblik dərəcəsi yüksək olan tətbiqi proqramların müəyyən şərtlər daxilində texniki imkanları yüksək olan cloudlet-də həll edilməsinin bir modeli təklif edilmişdir. Həmçinin tətbiqi proqramın formatına uyğun cloudlet çoxluğundan texniki xarakteristikası yüksək və istifadəçiyə yaxın olan ən uyğun cloudlet-in seçilməsi modeli təklif edilmişdir. Təklif olunan strategiyadan istifadə edərək tətbiqi proqramları uyğun cloudlet-lərə yükləməklə mobil qurğuların enerji sərfiyyatını aşağı saldığı qeyd edilmişdir.

Eksperimental yolla təklif edilən strategiyanın mobil qurğularda enerji sərfiyyatını və şəbəkə gecikmələrini azaltdığı öz təsdiqini tapmışdır.

Qeyd edək ki, konfrans Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers, IEEE) dəstəyi, Misirin Gələcək Universitetinin (Future University in Egypt) Kompüter və informasiya texnologiyaları fakültəsinin təşkilatçılığı ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı