“Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı Azərbaycan alimləri üçün geniş innovativ imkanlar yaradır Mart 03, 2022 | 09:31 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev FRTEB-in Ümumi yığıncağının onlayn iclasında 26-29 may 2022-ci il tarixində Bakıda keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında FRTEB-in elmi müəssisələrinin iştirakı haqqında çıxış edib.

Akademik texnologiya sahəsində ən son nailiyyətlərin təqdim olunacağı “Teknofest Azərbaycan” festivalının ölkəmizdə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu tədbirin ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Teknofest Azərbaycan”da nəzərdə tutulan iştirakı bu festivalın böyük tarixi əhəmiyyətə malik olmasının göstəricisidir.  

FRTEB-in elmi müəssisələrinin bu mötəbər tədbirdə iştirakının zəruriliyi məsələsinə toxunan akademik Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi tərəfindən “Teknofest Azərbaycan”da AMEA üçün xüsusi pavilyonun ayrıldığını diqqətə çatdırıb.  

AMEA-nın vitse-prezidenti festival çərçivəsində FRTEB-in institut və təşkilatlarının gənc startaplara dəstək göstərməsi, orta məktəb şagirdlərinin AMEA-nın müvafiq laboratoriyaları ilə tanışlığının təşkil edilməsi, alimlərin texnologiyalara dair çıxışlar, təqdimatlar etməsinin əhəmiyyətindən danışıb.

Akademik AMEA Yüksək Texnologiyalar Parkının ən son texnoloji məhsullarının həmin festivalda nümayişinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Sonda R.Əliquliyev əlavə edib ki, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında AMEA-nın elmi potensialı yüksək səviyyədə təmsil olunmalı, xüsusilə FRTEB-in elmi müəssisələri və aliməri yaxından iştirak etməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı