BDU-nun tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçir Fevral 28, 2022 | 02:48 / Mühüm hadisələr

Bakı Dövlət Universitetinin (BDU) tələbələri AMEA İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçir.

Cari il fevralın 16-dan etibarən BDU-nun Tətbiqi riyaziyyat fakültəsinin Kompüter elmləri ixtisası üzrə əyani təhsil alan IV kurs tələbələri institutun müvafiq şöbələrində təcrübəyə başlayıblar. Təcrübə müddətində tələbələrə tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və s. kimi nəzəri və texnoloji biliklər aşılanacaq.

Aprelin 27-dək davam edəcək istehsalat təcrübəsi Bakı Dövlət Universiteti ilə İnformasiya Texnologiyaları arasında uzun müddətdir ki davam edən əməkdaşlıq əsasında keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı