Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinə həsr olunmuş məqalə beynəlxalq jurnalda nəşr olunub Fevral 22, 2022 | 02:55 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın müəllifi olduğu “Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin bəzi təhlükəsizlik həllərinin icmalı” (“Обзор некоторых решений безопасности современных АСУ ТП”, https://doi.org/10.31044/1684-2588-2022-0-2-14-23) adlı məqalə “Телекоммуникации” jurnalında çap olunub.

Müasir Sənaye 4.0 dövründə texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri (TP AİS) bir-biri ilə qarşılıqlı əlaqəli çoxsaylı komponentlərin mürəkkəb kompüter şəbəkələridir, onlar müxtəlif funksiyaları yerinə yetirməklə zavodların, boru kəmərlərinin, elektrik enerjisi istehsalı stansiyalarının və bir çox digər sənaye obyektlərinin təhlükəsiz və səmərəli fəaliyyətini təmin edirlər. Bunlara dispetçer idarəetməsi və verilənlərin toplanması sistemləri (Supervisory Control and Data Acquisition, SCADA), paylanmış idarəetmə sistemləri və proqramlaşdırılan məntiqi kontrollerlər kimi digər idarəetmə sistemi konfiqurasiyaları daxildir. TP AİS-in ümumi strukturuna çoxsaylı idarəetmə konturları, insan-maşın interfeysləri və müxtəlif şəbəkə protokollarından istifadə edərək qurulmuş distant diaqnostika və texniki xidmət vasitələri daxildir.

Əksər TP AİS qurğuları və protokolları verilənlərin şifrlənməsi və ya girişə nəzarət kimi kibertəhlükəsizlik funksiyalarını dəstəkləmək üçün nəzərdə tutulmayıb. Buna görə yeni nəsil sənaye protokolları təhlükəsizlik mexanizmlərinin daxil edilməsini tələb edir. Kiberhücum zamanı TP AİS-in dinamik davranışını nəzərə alan yanaşmaların işlənməsi vacibdir.

Məqalədə TP AİS-in iş prinsipləri təsvir olunur, TP-AİS-in təhlükəsizliyi məsələləri üzrə mövcud tədqiqatların analizi və təsnifatı aparılır. Müasir TP AİS-in təhlükəsizliyi və kiber-hücumlara qarşı əks-tədbirlər üzrə gələcək tədqiqatların əsas istiqamətləri göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı