AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin biblioqrafik göstəricisi nəşr olunub Fevral 22, 2022 | 02:51 / Yeni nəşrlər

AMEA-nın müxbir üzvü, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevin həyat və fəaliyyətinə dair mənbələri özündə əks etdirən biblioqrafik göstərici nəşr olunub.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru isə Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovadır.

Biblioqrafik göstəricidə alimin həyatı və elmi-pedaqoji fəaliyyəti, əsərlərinin biblioqrafiyası – kitab, elmi məqalələr, konfrans və seminarlarda çap olunmuş məruzələri, beynəlxalq elmi jurnallara redaktorluq, rəhbərlik etdiyi dissertantlar, opponentlik işləri və s. haqqında geniş məlumatlar yer almışdır.

Həmçinin kitabda AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin elmi və pedaqoji fəaliyyəti haqqında qısa oçerk verilmiş, alimin əsas fəaliyyət istiqaməti olan data mining, big data analitika, elektron dövlət, elmmetriya və paylanmış hesablamalar nəzəriyyəsinə dair konfrans, simpozium və elmi müşavirələrdə etdiyi çıxış və məruzələri haqqında məlumatlar öz əksini tapmışdır.

Kitab əsas fəaliyyət sahəsi informasiya texnologiyaları – data mining, text mining, big data analitika, süni intellekt, sosial şəbəkələrin analizi, elektron dövlət, elmmetriya və metaevristik alqoritmlər olan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı