Estoniyalı professor azərbaycanlı tələbələrə LOLA sistemi vasitəsilə ustad dərsi keçib Fevral 18, 2022 | 12:24 / Mühüm hadisələr

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında audiovizual yayım sistemi vasitəsi ilə Estoniya Musiqi və Teatr Akademiyasının professoru Peep Lassmann tərəfindən BMA-nın tələbələri üçün ustad dərsi keçirilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutu və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən dərs Avropa Komissiyasının dəstəklədiyi, GEANT Asossiasiyasının EaPConnect layihəsi çərçivəsində reallaşdırılan LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin köməyilə baş tutub.

Ustad dərsində BMA-nın Fortepiano fakültəsinin tələbələri Elmar Hüseynov, Elçin Məmmədov və Günel Hacıyeva dünya şöhrətli bəstəkarlar F.List, F.Şopen və L.V.Bethovenin əsərlərini ifa ediblər.

Xatırladaq ki, sərhədsiz musiqi imkanları təqdim edən LOLA layihəsi real zamanda musiqi nümayişlərini təmin etmək məqsədini daşıyır və fiziki olaraq biri-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir.

Bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, master-klaslar, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin əvəzinə onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulmasını nəzərdə tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı