İnstitutun gənc alimləri “Milli iradəmizin zəfər tarixi - 20 Yanvar” adlı tədbirdə iştirak ediblər Yanvar 20, 2022 | 03:00 / Konfranslar, iclaslar

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova AMEA Gənc Alim və Mütəxəssislər Şurası, eləcə də Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatı tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar keçirilən “Milli iradəmizin zəfər tarixi - 20 Yanvar” adlı tədbirdə iştirak edib.

Öncə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Gənc alimlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Onlayn tədbirdə A.Fərəcova çıxış edərək 1990-cı il yanvarın 20-sinin Azərbaycanın tarixində ən faciəli günlərdən biri olduğunu, eyni zamanda, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsininin ucaldığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu qeyd edib. Yanvar faciəsinin hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini sübut etdiyini söyləyib.

O, qanlı terror aktı olan 20 Yanvar cinayətinin, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş ən dəhşətli əməllərdən olduğunu qeyd edib. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirlərinin insan haqlarına dair beynəlxalq sənədlərin çoxsaylı müddəalarına zidd olduğunu vurğulayıb. Bu faktların 20 Yanvar hadisələri ilə bağlı aparılmış bütün tədqiqatlarda sübut və dəlillərlə birgə təsdiqlənərək öz əksini tapdığını nəzərə çatdırıb.

A.Fərəcova Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın yatdığı Şəhidlər Xiya­ba­nının xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrildiyini qeyd edib. O, Şəhidlər Xiyabanının azadlığımız, müs­tə­qil­liyimiz və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacağına inamını ifadə edib.

Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun gənc tədqiqatçıları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı