ikt.az saytının yeni versiyası təqdim olundu Yanvar 05, 2022 | 09:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun ikt.az saytının yeni versiyası Elmi şuranın onlayn iclasında təqdim olundu.

İnstitutun baş mütəxəssisi Aqşin Paşayev çıxış edərək, ikt.az saytının yeni versiyasının işlənilməsinə dair fəaliyyət planı üzrə yaradılmış işçi qrup tərəfindən yerinə yetirilmiş işləri diqqətə çatdırdı. O, veb-saytda mövcud olan problemlərin aradan qaldırılması üçün təşkilatın əməkdaşlarının irəli sürdükləri bütün təklif və tövsiyələrin nəzərə alındığını bildirdi.

“Veb-resursun yeni versiyasının işlənilməsi üçün araşdırmalar aparılmışdır. Hazırlanmış texniki tapşırıq əsasında veb-saytın yeni dizaynı və proqram təminatı işlənilmişdir”, – deyə bildirən A.Paşayev beta versiyanı əyani olaraq nümayiş etdirdi.

Məruzəçi, həmçinin ikt.az saytının istifadəyə verilməsindən sonra görülməsi zəruri olan tədbirləri iclas iştirakçılarının nəzərinə çatdırdı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev veb-saytın yeni konsepsiyası ilə əlaqədar fikirlərini bölüşərək, ikt.az-ın rəhbərlik etdiyi qurumun fəaliyyətinin operativ şəkildə işıqlandırılmasında mühüm rolunu ön plana çəkdi. Veb-saytın yeni versiyasının yüksək səviyyədə işlənildiyini, onun dizaynı və proqram təminatının yeni tələblər əsasında, müasir texnologiyaların tətbiqi ilə hazırlandığını qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı