Mobil hesablama buludları ilə bağlı aparılan tədqiqatların nəticələri təqdim olunub Dekabr 04, 2021 | 05:10 / Konfranslar, iclaslar

Hazırda dünyada hesablama buludları (Cloud Computing) texnologiyasının köməyi ilə verilənlərin emal məkəzlərinin hesablama və yaddaş resurslarından səmərəli istifadə etmək istiqamətində intensiv tədqiqat işləri aparılır. Böyük hesablamalar və yaddaş resurslarına malik olan belə hesablama bulud sistemləri yüksək sürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri əsasında yaradılır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun birgə müəllifi olduğu “Mobil hesablama buludları: mövcud vəziyyəti, arxitekturasi və problemləri” mövzusunda məruzə Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) təqdim olunub. 

Konfransda məruzəni təqdim edən O.Ələkbərov qeyd edib ki, Cloud Computing texnologiyası imkan verir ki, təşkilatların emal məkəzlərinin hesablama və yaddaş resurslarından daha səmərəli istifadə edilsin. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları hesablama buludlarının serverlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, nəticələrə baxılması təmin edilir. Cloud Computing xidməti emal mərkəzlərinin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından  geniş istifadə edilməsini təmin edir.

Məruzəçinin sözlərinə görə, Cloud Computing texnologiyası istifadəçilərə güclü hesablama və  yaddaş resursları əldə etməyə imkan verir və eyni zamanda, bu resursların harada yerləşməsi və sazlanması istifadəçinin marağında olmur:

“Bulud xidmətlərin köməyi ilə verilənlərin  emal mərkəzlərində hesablama və yaddaş resurslarından səmərəli istifadə edilməsini, məsələnin həll vaxtının azaldılmasını və şəbəkənin az yüklənməsini təmin etmək mümkündür. Bulud texnologiyaları emal mərkəzinin mövcud hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylamaqla sistemə daha çox istifadəçinin cəlb edilməsinə və nəticələrin sürətlə əldə edilməsinə imkan yaradır. Son dövrlərdə Cloud Computing texnologiyalarının xidmətlərindən mobil istifadəçilər geniş istifadə etməyə başlamışlar”.

O.Ələkbərov bildirib ki, dünyada mobil qurğuların (noutbuk, planşet, smartfonların və s.) istifadəsinin sürətlə artması və onların uyğun telekommunikasiya texnologiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet üzərindən hesablama buludlarına qoşulması, yeni texnologiyanın – mobil bulud (Mobile Cloud Computing) texnologiyasının yaradılmasına təkan verir. Məqalədə son dövrlərdə hesablama buludlarının hesablama və yaddaş resurslarından daha səmərəli istifadə edilməsi məsələlərinə baxılmışdır. Məlumdur ki, istənilən mobil qurğunun imkanları (enerji mənbəyi, hesablama və yaddaş resursları) məhdud səviyyədə olur. Amma istifadəçilər bu qurğulardan böyük hesablama və yaddaş resursları tələb edən məsələlərin həllində istifadə edirlər. Bunun üçün hesablama buludları texnologiyalarından geniş istifadə olunur. Beləliklə, bulud texnologiyalarından istifadə etməklə mobil istifadəçilərin qurğularında olan hesablama və yaddaş resursları çatışmazlığını aradan qaldırmaq olar.

Tədqiqat çərçivəsində, həmçinin mobil  avadanlıqların hazırkı vəziyyəti və onların müxtəlif göstəricilər üzrə paylanma dinamikası analiz edilmişdir. Yaxın perspektivdə mobil bulud texnologiyalarının inkişaf dinamikası araşdırılmışdır. Mobil hesablama buludlarının arxitektur-texnoloji prinsipləri, modelləri və xidmətləri geniş təhlil edilmişdir. Hesablama buludların üstünlükləri və istifadəsi zamanı meydana çıxan problemlər  təhlil edilmişdir. Eyni zamanda, bulud  texnologiyadan istifadə etməklə mobil avadanlıqlarda böyük hesablama və yaddaş resursları tələb edən məsələlərin həllinin təmin edilməsi problemləri tədqiq edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı