Bulud texnologiyasının SCADA sistemlərində tətbiqi ilə bağlı məsələ beynəlxalq konfransda müzakirə olunub Dekabr 02, 2021 | 01:51 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun birgə müəllifi olduğu “Bulud texnologiyasının SCADA sistemlərində tətbiqi məsələləri” mövzusunda məruzə Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) təqdim olunub. 

M.Həşimov məruzəni təqdim edərək qeyd edib ki, neft-qaz sənayesi sektorunda verilənlərin operativ idarə olunması məqsədilə SCADA (Supervisory Control and Data Acquisition) sistemlərindən geniş istifadə edilir. SCADA sistemləri coğrafi olaraq paylanmış texnoloji avadanlıqları mərkəzləşdirilmiş qaydada idarə edən və onlara nəzarət edən sənaye nəzarət və idarəetmə sistemidir. SCADA sistemi, real zaman rejimində məlumatları toplayır, lokal və ya distant idarəetməni həyata keçirir  Sistem, istehsalın işləməsi üçün hərtərəfli, real zaman rejimində monitorinq aparır. Sistemin köməyilə, istehsal, nəzarət və idarəetmənin aparılması üçün vacib arayış məlumatları təqdim edilir. SCADA sistemləri qazma qurğularından, vericilərdən və ya digər nəzarət sensorlarından alınan böyük həcmli məlumatlar əsasında real zaman rejimində texnoloji prosessləri idarə edir: 

“Yuxarıda qeyd olunan üstünlüklərinə baxmayaraq mövcud SCADA sistemləri çox bahalı, qeyri-çevik, miqyaslaşması çətin olduğundan məlumatların toplanması, ötürülməsi və emalında çoxsaylı problemlər yaranır. Neft-qaz sənayesi sektorunda sistemlərin avtomatlaşdırılması, səmərəliliyin və gəlir imkanlarının artırılması məqsədilə bulud əsaslı SCADA sistemlərindən istifadə getdikcə artır. Bulud texnologiyaları, məlumatların kütləvi saxlanması və paylaşma həllərini təmin etməklə yanaşı, neft və qaz sənayesinin informasiya təminatını ödəmək məqsədilə müxtəlif növ aparat və proqram təminatlarını özündə birləşdirir”. 

Tədqiqatçının sözlərinə görə, neft-qaz kompleksində informasiyanın toplanmasında və idarəredilməsində bulud texnologiyasının tətbiq edilməsini aktual bir məsələ olaraq qəbul etmək olar. Bu texnologiyanın tətbiqi ilə idarəetmənin operativliyinə, səmərəli qərarların qəbuluna, istehsalın təkmilləşdirilməsi və rəqabət qabiliyyətinin artırılmasına nail olunacaqdır. Bu məqsədlə məqalədə neft-qaz sənayesinin monitorinq və idarəedilməsində geniş istifadə olunan SCADA sistemlərinin bulud mühitinə miqrasiya edilməsi məsələsinə baxılmışdır. SCADA sisteminin tətbiqlərinin bulud mühitinə köçürülməsi xərclərin azaldılmasına, miqyaslaşma imkanlarının yaxşılaşdırılmasına imkan yaradır. Texniki və proqram təminatının alınması, quraşdırılması və saxlanılmasına nisbətən daha aşağı xərclə həyata keçirilir.

Məqalədə, həmçinin neft və qaz sənayesində quraşdırılmış obyektlərdən məlumatların asan, təhlükəsiz, etibarlı və sürətli toplanması və emal edilməsi üçün bulud əsaslı SCADA sistemlərindən istifadə olunması təklif olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı