İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması problemləri üzrə tədqiqatlar genişləndirilir Dekabr 01, 2021 | 12:09 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2021-ci il üzrə hesabatı təqdim olundu.

İllik hesabatı təqdim edən şöbənin müdiri, dosent Əlövsət Əliyev cari ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, bildirdi ki, 2021-ci ildə tədqiqatlar müasir sosial-iqtisadi və ictimai-siyasi şəraitdə İKT sferasının effektiv infrastrukturunun formalaşması, idarə olunması xüsusiyyətlərinin təhlili və qiymətləndirilməsi istiqamətində, informasiya iqtisadiyyatı  sektorlarının innovativ perspektivliyinin və regional-sektorial inkişafının təhlili və  qiymətləndirilməsi üzrə iyerarxik indikatorlar sisteminin işlənilməsi, İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının  formalaşması və idarə olunması problemlərinin təhlili mövzuları üzrə aparılıb.

Dosent Əlövsət Əliyev mobil, bulud, süni intellekt texnologiyalarının və kiberfiziki sistemlərin iqtisadi xüsusiyyətlərinin araşdırılması, IV Sənaye inqilabı platformasında data iqtisadiyyatının formalaşması xüsusiyyətlərinin araşdırılması, elmi nəticələrin  və elmi innovasiyaların  tətbiqi xüsusiyyətlərinin araşdırılması, IKT sferasında elmi işləmələrin və innovasiyaların tətbiqi xüsusiyyətlərinin tədqiqi, elmi-texnoloji  innovasiyaların tətbiqi məsələlərivə kommersiyalaşdırılması  proseslərinin  idarə olunması  problemlərinin tədqiqi və müvafiq tövsiyələrin  işlənilməsi, elmi texnoparkların  fəaliyyətinin kompleks qiymətləndirilməsi üçün  çoxkriteriyalı ekspert metodunun  işlənilməsimövzusunda aparılmış tədqiqatların nəticələrindən bəhs etdi.

Dosent Ə.Əliyev bu tədqiqatların informasiya iqtisadiyyatı  sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi və İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının  formalaşmasıproblemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu bildirdi.

Şöbə müdiri “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi”, “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənməsi”  mövzuları üzrə aparılan müvafiq elmi-tədqiqat işlərinin tamamlandığını, elmlər və fəlsəfə doktorluğu üzrə dissertasiya işlərinin müdafiə olunduğunu diqqətə çatdırdı.

Dosent Ə.Əliyev bildirdi ki, 4.0 Sənaye inqilabı platformasında data iqtisadiyyatının formalaşması və mobil, bulud, süni intellekt texnologiyalarının iqtisadi xüsusiyyətlərinin araşdırılması, elmi innovasiyaların və elmi nəticələrin  kommersiyalaşdırılması perspektivlərinin  tədqiqi, təklif və tövsiyələrin işlənilməsi istiqamətləri üzrə tədqiqatların davam etdirilməsi şöbənin perspektiv fəaliyyət istiqamətləri sırasındadır.

O, elmi-tədqiqat işləri üzrə aparılan tədqiqatların elmi-nəzəri nəticələrini əks etdirən 7 məqalənin beynəlxalq və yerli  jurnallarda dərc edildiyini, 5 respublika və beynəlxalq səviyyəli konfransda müzakirə edildiyini dedi.

Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində cari ildə həyata keçirilən çoxsaylı elmi-texniki ekspertiza işləri, müxtəlif tədbirlər haqqında danışdı.

Dosent Ə.Əliyev şöbənin beynəlxalq əməkdaşlığı, xüsusilə Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Rusiya EA İdarəetmə Problemləri İnstitutu, Moskva Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbi, Türkiyə Cümhuriyyəti Ege Universiteti, Türkiyə Cümhuriyyeti, Yıldız Texniki Universiteti, yerli təşkilatlardan «Asan» Xidmətlə, İqtisadi İnkişaf Nazirliyi ilə, Dövlət Statistika Komitəsi ilə ADİU, Azərbaycan Texniki Universiteti ilə, SDU, GTU və digərləri ilə İKT-nin inkişafı problemləri sahəsində elmi-praktiki  və metodiki əlaqələrin qurulmasıyla bağlı işlərin  yerinə yetirilməsində iştirak edildiyini diqqətə çatdırdı və görülən işlər barədə ətraflı məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatını yüksək qiymətləndirdi. İl ərzində şöbədə bir elmlər doktoru və bir fəlsəfə doktoru üzrə dissertasiya işlərinin müdafiə olunduğunu, bunun həm şöbə, həm də institut üçün böyük nailiyyət olduğunu bildirdi.

Akademik R.Əliquliyev informasiya və biliklər iqtisadiyyatının,  İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının  formalaşması və idarə olunmasının elmi-nəzəri və praktiki problemlərinin həlli istiqamətində aparılan tədqiqatların daha da gücləndirilməsinin vacibliyini vurğuladı, bu istiqamətdə tədqiqatlara gənc mütəxəssilərin, tədqiqatçıların cəlb edilməsi ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi.

Şöbənin cari ildə fəaliyyəti tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı