“X Milli Superkompüter Forumu” öz işinə başladı Noyabr 30, 2021 | 11:24 / Konfranslar, iclaslar

Bu gün Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində “X Milli Superkompüter Forumu” (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) öz işinə başlayıb.

Dekabrın 3-dək davam edəcək tədbirin keçirilməsində əsas məqsəd superkompüter texnologiyalarının yaradılması və tətbiqi ilə bağlı müzakirələr aparmaq, hər bir ölkənin superkompüter texnologiyaları ilə bağlı siyasətinin vəziyyəti, əldə olunmuş nailiyyətləri ilə tanış olmaq, eləcə də qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir.

“Milli Superkompüter Forumu”nda superkompüter sənayesi ilə bağlı tədqiqat, aparat vasitələri, sistem proqram təminatı, superkompüter xidmətləri, superkompüter sahəsinin təşkilati aspektləri kimi mövzularda məruzələr təqdim olunacaq.

Forum çərçivəsində keçiriləcək “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda beynəlxalq konfransın təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Konfransda İnformasiya Texnologiyaları İnstitutunun bir neçə əməkdaşı məruzə ilə çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı