NATO-nun dəstəyi ilə keçirilmiş konfrans institutun həyatında böyük bir tarixi hadisə kimi yadda qalacaq Noyabr 25, 2021 | 05:00 / Müsahibələr, çıxışlar

Elmi şuranın onlayn iclasında NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın nəticələri ilə bağlı müzakirələr aparıldı.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək NATO-nun dəstəyi ilə keçirilmiş beynəlxalq konfransın institut həyatında böyük bir tarixi hadisə kimi yadda qalacağına inamını ifadə etdi: “Konfransa hazırlaşmaq böyük vaxt, intellektual zəhmət və təşkilati dəstək tələb edirdi. Bu mühüm nailiyyət münasibətilə hər kəsi təbrik edir, tədbirin uğurla təşkil olunmasında əməyi və zəhməti olan hər bir əməkdaşa təşəkkürümü bildirirəm”.

Akademik bildirdi ki, bu tədbir NATO kimi mühüm və nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycan elmində gedən proseslərə münasibəti hesab oluna bilər:

“Sevindirici məqamlardan biri də odur ki, institut belə bir nüfuzlu tədbiri uğurlu şəkildə keçirməklə beynəlxalq elm təşkilatları ilə əməkdaşlıq münasibətlərinin qurulması və birgə qrant layihələrin həyata keçirilməsinə dair böyük təcrübə qazanmış oldu”.

AMEA-nın vitse-prezidenti vurğuladı ki, NATO-nun dəstəyi ilə keçirilmiş konfrans bu təşkilatın Azərbaycan dövlətinə göstərdiyi etimadın məntiqi nəticəsi olmaqla yanaşı, həm də institutda uzun illər ərzində kibertəhlükəsizliyin müxtəlif aspektləri ilə bağlı aparılan tədqiqatların kompleks olaraq qiymətləndirilməsidir.

Akademik nitqinin sonunda institutun NATO konfransında məruzə ilə çıxış etmiş əməkdaşlarına öz məqalələrini qısa müddət ərzində müvafiq tələblərə uyğunlaşdıraraq “Nato Series”də çap olunmaq üçün təqdim etməyi tapşırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı