Akademik Rasim Əliquliyev beynəlxalq tədbirdə iştirak edib Noyabr 25, 2021 | 04:15 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti,  İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev APCICT İdarəetmə Şurasının XVI Sessiyasında iştirak edib.

25 noyabr 2021-ci il tarixdə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə İnkişaf üçün Asiya və Sakit Okean Tədris Mərkəzinin İdarəetmə Şurasının XVI Sessiyasının virtual iclası keçirilib.

Sessiyada şuranın 9 üzvü - Banqladeş, Kamboca, Hindistan, İndoneziya, Filippin, Rusiya Federasiyası, Şri-Lanka, Tailand, ev sahibi ölkə olan Koreya Respublikası və digər ölkələr iştirak ediblər. Tədbirdə Mərkəzin proqramlarının idarə olunması, maliyyə vəziyyəti və onların icrasının gedişatı nəzərdən keçirilib.

İclasda regionda Mərkəzin potensialının gücləndirilməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sessiyada, həmçinin, Asiya və Sakit Okean regionunda informasiya və kommunikasiya texnologiyalarının potensialının artırılması ehtiyaclarının qiymətləndirilməsi və 2022-ci il üzrə iş planı müzakirə olunub. Eləcə də İdarəetmə Şurasının XVII sessiyasının keçiriləcəyi tarix və məkanla bağlı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda İdarəetmə  Şurasının 2021-ci il üzrə hesabatı qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı