Akustik küy və elektron tullantı problemlərinin analizi ilə bağlı tədqiqatlar davam etdirilir Noyabr 23, 2021 | 10:40 / Konfranslar, iclaslar

2021-ci ildə institutda elektron tullantı problemləri və onların həlli yolları mövzusu üzrə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və müqayisəli təhlili ətrafında araşdırmalar aparılmış, elektron tullantıların müasir idarəetmə modelləri analiz edilmişdir. Mövzu üzrə məqalə və tezislər dərc edilmişdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 4 saylı şöbəsinin 2021-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev bildirdi ki, şöbə əməkdaşları hesabat dövründə 1 istiqamət, 2 problem və 2 mövzunun müxtəlif məsələləri üzrə tədqiqat işləri aparmışlar.

B.Ağayevin sözlərinə görə, hesabat ili çərçivəsində Əşyaların İnterneti və 5G mobil rabitə texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi mövzusu üzrə ətraf mühitin akustik küy çirklənməsi problemləri və onların həlli yolları, bu çirklənmənin insan sağlamlığına təsiri xüsusiyyətləri analiz edilmişdir. Ərazinin xüsusiyyətlərindən və qarşıya qoyulan məqsədlərdən asılı olaraq akustik küy monitorinqinin aparılmasının kütləviliyinin təmin edilməsi məqsədilə sadə bir yanaşma (metodika) işlənmişdir: 

Bu tədqiqatlar çərçivəsində təklif edilmiş metodika əsasında AMEA İTİ və Bakı Dövlət Universitetinin ərazisinin avtomobil nəqliyyatı vasitələrinin (B. Vavabzadə küçəsi üzrə) yaratdığı akustik küy çirklənməsi vəziyyətinin monitorinqi aparılmış və standartların müəyyənləşdirdiyi normalardan yüksək küy səviyyəsindən qorunmaq məqsədilə bir sıra mühafizə tədbirləri təklif edilmişdir”.

Daha sonra məruzəçi rəhbərlik etdiyi şöbənin elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmmetrik göstəriciləri, eləcə də beynəlxalq elmi-texniki əməkdaşlıq üzrə fəaliyyəti haqqında ətraflı məlumat verdi.

Şöbə müdiri bəzi mövzular üzrə tədqiqat işlərinin aparılması üçün bir sıra nəzarət və ölçü avadanlıqlarının alınmasının zəruri olduğunu vurğuladı.

Hesabat ilə bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı, rəy və təkliflər səsləndirildi.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Qeyd etdi ki, son illər ekoloji problemlərin, o cümlədən ətraf mühitin istər tullantılarla, istərsə də akustik küylə çirklənmə səviyyəsinin kəskin artması bu problemlərin həlli istiqamətində elmi-nəzəri və elmi praktiki tədqiqatların aparılması işini aktuallaşdırıb. Hər iki problem üzrə aparılan tədqiqatları respublikamız üçün yeni və ilkin tədqiqatlar kimi qəbul etmək olar.

R.Əliquliyev qazanılmış bilik və təcrübəyə, qabaqcıl ölkələrin təcrübəsinə əsaslanaraq Azərbaycanda elektron tullantıların idarə edilməsi üzrə konsepsiyanın işlənilməsi və müzakirəyə təqdim edilməsinə dair tapşırıqlar verdi. Eləcə də şöbə əməkdaşlarının əldə etdiyi elmi nailiyyətlərin kütləvi informasiya vasitələrində geniş təbliğinin vacibliyini önə çəkdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı