“Research.com” portalı haqqında məruzə dinlənildi Noyabr 22, 2021 | 11:05 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi İnformasiya və Elmmetriya şöbəsinin onlayn elmi seminarı keçirildi. “Research.com – kompüter elmləri üzrə tədqiqat portalı” haqqında məruzəyə həsr olunmuş seminarda şöbənin əməkdaşı Pirdas Muradova çıxış etdi.

Məruzəçi qeyd etdi ki, “Research.com” araşdırma portalı olub tədqiqatçıların araşdırmalarındakı irəliləyişləri asanlaşdırmaq, illik reytinqin hazırlanması məqsədilə yaradılıb.

Elmi cəmiyyətdə “Research.com”un rolu və metodologiyası haqqında danışan P.Muradova bildirdi ki, sayt konfranslar, jurnallar, eləcə də tədqiqatçı və alimlərin məlumat bazalarının araşdırılmasına, institut, özəl təşkilat və alimlərə vəsaitlərin ayrılmasına kömək etməyə, alimlər və işə götürənləri birləşdirməyə və s. xidmət edir.

Sonra kompüter elmləri sahəsindəki aparıcı alimlərin ölkələr üzrə reytinqini nəzərə çatdıran tədqiqatçı bu siyahıda 614 elm adamı ilə Amerika Birləşmiş Ştatlarının ilk pillədə olduğunu qeyd etdi.

O, 2021-ci ilin qabaqcıl kompüter elm sahəsi alimlərindən bir neçəsini – Anil K.Jain, Yoshua Bengio, Herbert Simon, Takeo Kanade və s. adlarını çəkdi:

“Bu sahədə Azərbaycan alimləri sırasında Lütfi Zadənin adını xüsusilə vurğulamaq lazımdır. Türkiyəli alimlərdən isə A.Murat Tekalpı, Cengiz Kahramanı, Okyay Kaynakı, Murat Uysalı söyləmək olar”.

Kompüter elmləri sahəsində aparıcı universitetləri diqqətə çatdıran P.Muradova Stenford, Kaliforniya, Gürcüstan Texniki Universiteti və s. adlarını çəkdi.

Daha sonra P.Muradova kompüter elmləri sahəsindəki konfransları, o cümlədən bu sahə üzrə qabaqcıl jurnallardan bəzilərini diqqətə çatdırdı.

Sonda məruzə ətrafında müzakirə aparıldı, məruzəçi çoxsaylı sualları cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı