Elmi seminarda “Veam Backup” proqram təminatı ilə bağlı müzakirələr aparıldı Noyabr 19, 2021 | 04:22 / Konfranslar, iclaslar

İnformasiya texnologiyaları sahəsində “backup” və ya “data backup” rəqəmsal məlumatların götürülərək başqa yerdə saxlanılan surətidir. “Backup” sayəsində məlumat itkisindən sonra faylın əslini bərpa etmək mümkündür.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbəsinin “Veam Backup proqram təminatı haqqında” mövzusuna həsr edilmiş onlayn elmi seminarında bu barədə məlumat verildi.

Məruzəni təqdim edən institutun baş mütəxəssisi Tural Mustafayev “Backup” prosesinin növlərindən bəhs edərək diqqətə çatdırdı ki, “Full backup” (tam rezervləmə) seçdiyiniz məlumatların bütün bloklarının surətini çıxarır, lakin çox vaxt və yaddaş tələb edir:

“Son tam rezervləmədən sonra dəyişdirilmiş məlumatların surətini çıxaran, ən az vaxt və saxlama ehtiyatı tələb olunan “backup” növü isə “incremental backup”dır (artan rezervləmə). “Differential Backup” (diferensial rezervləmə) isə  tam ehtiyat bərpa edildikdən sonra, kiçik dəyişikliklərin rezervlənməsi metodudur. 

Sonra T.Mustafayev ən yaxşı məlumat “backup” strategiyaları haqqında danışdı. Vurğuladı ki, “backup” həllərini seçərkən təhlükəsizliyə diqqət etmək xüsusilə vacibdir. O, əlavə etdi ki, ehtiyat nüsxələrdə saxlanılan məlumatların zərərli hücümlardan qorunması üçün məlumat ehtiyatlarına və məlumat ehtiyatlarına dair həllərə giriş məhdudlaşdırılmalı, məlumatların şifrəli şəkildə göndərilməsinə və saxlanmasına üstünlük verilməli, rezervlərin avtomatlaşdırılmış müntəzəm sınaqları aparılmalıdır.

Məruzəçi “VEAM Backup” məhsulunun xüsusiyyətlərini də sadaladı. Bildirdi ki, bunlara həmin məhsulun sürətli, portativ və əhatəli olması, ani bərpa mexanizmi, eləcə də bulud əsaslı rezervləməyə daha təhlükəsiz yanaşma xüsusiyyətləri daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı