Elmin Science 4.0 tələbləri əsasında yenidən qurulması problemləri tədqiq olunur Noyabr 18, 2021 | 04:25 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2021-ci il üçün illik hesabatı müzakirə olundu. Hesabatı şöbə müdiri Təhmasib Fətəliyev təqdim etdi.

Məruzəçi şöbədə institutun əsas elmi istiqaməti çərçivəsində e-elmin formalaşdırılması problemləri üzrə “Science 4.0-ın müasir vəziyyəti, problemləri və perspektivlərinin tədqiqi” və “Sənaye 4.0 həlləri əsasında vətəndaş elminin trendləri və inkişaf perspektivlərinin tədqiqi” mövzuları araşdırılmışdır. 1-ci mövzu üzrə elmi fəaliyyət və elmin idarə olunması məsələlərində Sənaye 4.0 həllərinin tətbiqi imkanları araşdırılmış və Sənaye 4.0 platformasında e-elmin transformasiyası ilə elmin korporativ mühit kimi Elm 4.0 (Science 4.0) çərçivəsində yenidən qurulmasının konseptual məsələləri işlənmişdir. Həmçinin, Science 4.0 çərçivəsində yeni elmi biliklərin əldə olunmasında süni intellektin tətbiqi problemləri araşdırılmış və perspektivləri təqdim olunmuşdur. O, qeyd etdi ki, 2-ci mövzu şöbədə “Vətəndaş elmi”nin tədqiqi üzrə işlərin davamıdır və mövzu çərçivəsində Sənaye 4.0 həllərinin vətəndaş elmində tətbiqi imkanları, vətəndaş elmi və təhsilin qarşılıqlı əlaqələrinin inkişafına təsiri məsələləri, həmçinin Vətəndaş elmi 4.0-ın formalaşması və inkişaf perspektivləri tədqiq olunmuş və təkliflər verilmişdir..

Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə məlumat verən məruzəçi bir sıra məqalələrin beynəlxalq jurnallarda çap edildiyini və beynəlxalq elmi konfranslarda müzakirə olunduğunu diqqətə çatdırdı.

T.Fətəliyev, həmçinin şöbədə elmi-təşkilati fəaliyyət, kadr hazırlığı ilə bağlı görülmüş işlər haqqında da məlumat verdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə bağlı müəyyən tövsiyələr verdi və tədqiqatların davam etdirilməsinin vacibliyini vurğuladı.

Hesabat ətrafında müzakirələr aparıldı, bir sıra təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı