Demoqrafik verilənlərin intellektual analizi məsələləri araşdırılır Noyabr 15, 2021 | 02:55 / Konfranslar, iclaslar

Demoqrafiya əhali artımının qanunauyğunluqlarını, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin elmi seminarında “Demoqrafik verilənlərin intellektual analizi” mövzusuna həsr olunmuş onlayn elmi seminarda bu barədə məlumat verilib.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Eltun Əhmədov demoqrafik klasterləşdirmədən bəhs edərək onun paylanmaya əsaslandığını, çox böyük verilənlər bazalarının sürətli və təbii yığılmasını təmin etdiyini söyləyib. Əlavə edib ki, demoqrafik klasterləşdirmə obyektlərin qruplara təyin edilməsini və yeni qrupların yaradılmasını idarə etmək üçün statistik “Condorcet” meyarından istifadə edir.

O, bildirib ki, “Condorcet” meyarı hər bir qrupun öz daxilində nə qədər homogen olduğunu  və qrupların bir-biri ilə nə qədər heterogen olduğunu qiymətləndirir.

Daha sonra E.Əhmədov k-means klasterləşdirmə alqoritmi haqqında da danışıb:

 “K-means alqoritmi bölünməyə əsaslanan klasterləşmə metodlarından biri olub verilənlər dəstinin klasterlər arasında təkrarlanan yerdəyişməsinə əsaslanır. Başqa nümunələrə asanlıqla uyğunlaşa bilməsi, hətta böyük verilənlər dəsti üçün də öz işini tez yerinə yetirməsi k-means klasterləşdirmənin üstünlüklərinə aiddir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı