Kiber-fiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün intellektual model işlənilib Noyabr 15, 2021 | 10:34 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatının müəllifi olduğu “Kiber-fiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün dərin transfer təliminə əsaslanan intellektual model” (“An intelligent model based on deep transfer learning for detecting anomalies in cyber-physical systems”, https://doi.org/10.15588/1607-3274-2021-3-11) adlı məqalə “Radio Electronics, Computer Science, Control” jurnalında çap olunub.

Məqalədə kiber-fiziki sistemlərdə anomaliyaları aşkarlanmaq üçün akustik siqnallardan alınmış spektroqram və skaloqramlarından istifadə etməklə transfer təlimi arxitekturası əsasında yanaşma təklif olunur. Transfer təlimi fərqli predmet sahəsində böyük verilənlər bazasında öncədən öyrədilmiş dərin neyron modellərinin çəkilərindən istifadə edir. Təklif olunan yanaşmanın dəqiqliyini artırmaq üçün SPOCU aktivləşdirmə funksiyası tətbiq edilmişdir. Adətən, kiberfiziki sistemlərin məhdud resurslara malik olduğu nəzərə alınaraq, yüksək məhsuldarlığa malik olan və təlim mərhələsində kiçik hesablama resursları tələb edən ekstremal qradiyent sürətləndirmə alqoritmi istifadə edilmişdir. Belə alqoritmlərin tətbiqi sayəsində yeni nəsil sənaye avadanlıqlarından qeydə alınan siqnallarda anomaliyaların aşkarlanmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq olar.

“Radio Electronics, Computer Science, Control” jurnalı “Web of Science”, “DOAJ”, “CrossRef”, “EBSCO”, “РИНЦ”, “Google Scholar” və “Ulrich’s Periodicals Directory” bazasında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı