İnstitutun struktur bölmələrinin 2021-ci il üzrə hesabat iclasları keçiriləcək Noyabr 11, 2021 | 12:28 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev struktur bölmələrin 2021-ci il üzrə hesabatlarının müzakirəsinə həsr olunmuş iclaslara start veriləcəyini diqqətə çatdırıb.

Alim bildirib ki, institutun struktur bölmələrinin hesabat iclaslarının keçirilməsində əsas məqsəd şöbələrin illik fəaliyyətini qiymətləndirmək, o cümlədən qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir. Hesabatlar şöbələrin fəaliyyətinin daha səmərəli təşkili, elmi fəaliyyətin gücləndirilməsi və görülən işlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Əsas məqsədimiz institutun elmi potensialını daha da inkişaf etdirməkdir”, – deyən alim hər bir şöbə rəhbərini kollektivlə məqsədyönlü iş aparmağa, elmi fəaliyyəti gücləndirməyə, institutun qarşısında duran vəzifələrin icrasında fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, hesabat iclaslarında hər bir şöbə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirdiyi tədbirlər haqqında məlumat verir. Hesabatlar ətrafında geniş müzakirələr aparılır, irad, rəy və təkliflər səsləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı