Elmi seminar: “Sosial media əsasında demoqrafik targeting” Noyabr 06, 2021 | 10:30 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarda “Sosial media əsasında demoqrafik targeting” mövzusunda müzakirələrin aparılacağını bildirdi.

Məruzəni şöbənin baş mütəxəssisi Oqtay Ələkbərov təqdim edərək bildirdi ki, “targeting” ingilis sözü olub “hədəf”, “məqsəd” anlamını ifadə edir. Qeyd etdi ki, “targeting” müəyyən kriteriyalara uyğun gələn auditoriyaya məzmun üzrə seçilmiş məlumatların ötürülməsidir. Burada məqsəd reklam elanlarının məhz həmin seçilmiş kütləyə çatdırılmasıdır.

Onun sözlərinə görə, “targeting” bir neçə proses keçir ki, buraya monitorinq, analiz, kontentin hazırlanması və reklamın yerləşdirilməsi daxildir. “Targeting”in növlərindən bəhs edən məruzəçi vurğuladı ki, bunlar tematik, məzmun, coğrafi, zaman, sosial demoqrafik və davranış “targeting”ləridir.

Sonra O.Ələkbərov sosial demoqrafik “targeting”dən söhbət açdı. Söylədi ki, “targeting”in bu növündə bir neçə kriteriyaya üstünlük verilir. Bunlar arasında yaş həddi, cins, ailə vəziyyəti, iş yeri, təhsili, maraq dairəsi və s. kriteriyalar var: “Yaş həddi, cins və ailə vəziyyəti demoqrafik "targeting"in ilkin şərtlərini təşkil edir. İlk növbədə, bu kriteriyalar üzrə axtarış aparılır. İstifadəçinin coğrafi mövqeyinə, təhsilinə, iş yerinə əsasən onların reklam kontenti formalaşdırılır”.

Tədqiqatçı sosial media əsasında “targeting”in təşkilinə də nəzər saldı. Bildirdi ki, sosial media əsasında “targeting”in təşkili üçün müəyyən kontentdən – şəkil, video, slayd şou və bannerdən istifadə olunur.

Sonda məruzəçi ona ünvanlanan sualları cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı