Gənc tədqiqatçı informasiya təhlükəsizliyi problemlərinə həsr olunmuş tədbirdə çıxış edib Noyabr 04, 2021 | 01:58 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Aygül Fəxrəddinqızı oktyabrın 22-də Azərbaycan Universitetinin Xarkov Milli Radioelektronika Universiteti (Ukrayna) ilə birgə “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda keçirdiyi beynəlxalq konfransda məruzə ilə çıxış edib.

“DBSCAN alqoritminin tətbiqi ilə Big Data-da küy verilənlərin aşkarlanması” mövzusunda çıxış edən məruzəçi bildirib ki, informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı rəqəmsal informasiyanın sürətli artımına və nəticədə böyük ölçülü verilənlər konsepsiyasının meydana gəlməsinə səbəb olmuşdur. Bu səbəbdən böyük ölçülü verilənlər və onun mahiyyətini, analiz texnologiyalarının imkanlarını, təhlükəsizlik məsələlərini tədqiq etməyə ehtiyac yaranmışdır.

O, böyükölçülü verilənlərin analizindəki çatışmazlıqları aradan qaldırmaq üçün sıxlığa əsaslanan DBSCAN klasterləşdirmə alqoritminin tədqiq edildiyini bildirib. Qeyd edib ki, bu alqoritmin əsas xüsusiyyətlərindən biri böyük ölçülü verilənlərdə küy nöqtələri aşkar etməklə effektiv klasterin  yaradılmasından ibarətdir:

“Alqoritmin tətbiqi zamanı küy nöqtələri ehtiva edən real verilənlər bazalarından istifadə edilmişdir. Eksperimentin nəticələrinin qiymətləndirilməsi üçün nizamlanmış rand indeksi, bircinslik, Devid-Boldin (Davies-Bouldin) indeksi və s. kimi qiymətləndirmə metrikalarından istifadə edilmişdir. Analizin nəticələrinə əsasən, təklif edilən metod ənənəvi DBSCAN alqoritminə nisbətən küy nöqtələri aşkar etməkdə daha effektiv nəticə göstərmişdir”.

Qeyd edək ki, “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans məlumatların icazəsiz girişinin, istifadəsinin, açıqlanmasının, təhrif olunmasının, dəyişdirilməsinin və ya məhv edilməsinin qarşısının alınmasının elmi nəzəri, praktiki və texnoloji aspektlərinə həsr edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı