İnstitut əməkdaşının beynəlxalq konfransda iştirakı yüksək qiymətləndirilib Noyabr 04, 2021 | 10:39 / Konfranslar, iclaslar

AMEA İnfromasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 21-22 oktyabr 2021-ci il tarixlərində keçirilən “İkinci Qarabağ  Müharibəsi Yeni Nəsil Müharibə kimi” beynəlxalq elmi-praktik konfransının Texnika elmləri bölməsində təqdim etdiyi məruzəyə görə sertifikata layiq görülüb.

O, konfransda “Pilotsuz uçuş aparatlarının komponentlərinin kibertəhlükəsizliyini təmin edən dayaq modelinin işlənməsi” mövzusunda çıxış edib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə həsr olunmuş beynəlxalq tədbir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Türkiyә Respublikasının Milli Müdafiә Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiә Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiә Universiteti, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol Milli Müdafiә Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı