Beynəlxalq konfransın “Pilotsuz Uçuş Aparatlarının kibertəhlükəsizliyi” bölməsi uğurlu məruzələrlə yadda qalıb Noyabr 02, 2021 | 01:48 / Konfranslar, iclaslar

AMEA İnfromasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva NATO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransın “Pilotsuz Uçuş Aparatlarının kibertəhlükəsizliyi” bölməsində məruzə ilə çıxış edib.

O, öncə həmsədri olduğu bölmədə “Pilotsuz Uçuş Aparatlarının kibertəhlükəsizliyi” mövzusunda müzakirə olunacaq məsələlərin Azərbaycan üçün əhəmiyyətindən söz açıb. Dünyada sürətlə inkişaf edən sahələrdən biri olan Pilotsuz Uçuş Aparatları (PUA) bazarında Azərbaycanın da təmsil olunduğunu söyləyib. Bildirib ki, dövlət başçısı İlham Əliyev ölkəmizdə PUA-ların inkişafı sahəsinə, onun elmi-nəzəri əsaslarının yaradılmasına xüsusi diqqət ayırır. AR Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində taktiki-texniki parametrli müxtəlif sinifli pilotsuz uçuş aparatlarının yaradılması və istehsalı istiqamətində ardıcıl planlı işlər aparılır.

F.Abdullayeva NATO kimi nüfuzlu təşkilatın dəstəyi ilə keçirilən konfransın seksiyalarından birinin məhz “Pilotsuz Uçuş Aparatlarının kibertəhlükəsizliyi” problemlərinə həsr olunmasının ölkəmizdə bu sahənin inkişafına böyük təkan verəcəyinə inamını ifadə edib.

Daha sonra o, bölmədə “Bəzi sinif pilotsuz uçuş aparatlarının kibertəhlükəsizlik məsələləri” (Cybersecurity issues of some class Unmanned Aerial Vehicle systems: A survey) mövzusunda məruzə ilə çıxış edib. F.Abdullayeva PUA-ların aktuallığından danışaraq onların həm mülki, həm də hərb sahəsində geniş tətbiq olunduğunu deyib. PUA-ların bəzi sinifləri barədə məlumat verərək NATO, ABŞ Müdafiə Nazirliyinin və NASA kimi nüfuzlu təşkilatın PUA-ları 5 sinifdə klassifikasiya etdiyini söyləyib: Nano, Mikro, Mini, Kiçik, Taktiki.

PUA sisteminə olan kiberhücumların günbəgün eksponensial artdığını söyləyən F.Abdullayeva həmin qurğuların bu hücumların təsirinə ən çox məruz qalan texniki sistemlər olduğunu deyib. PUA komponentlərinin kibertəhlükəsizliyi modelini təqdim edərək PUA-nı sıradan çıxara bilən hücum nöqtələrinin müəyyən edildiyini, bu hücum nöqtələrinə olan spesifik hücumların qruplar üzrə klassifikasiyasının aparıldığını söyləyib.

PUA-lara dəyən zərərin təsir dərəcəsinin qiymətləndirilməsi, hücumlara qarşıdurma mexanizmlərinin avtomatik seçilməsini təmin etmək üçün qeyri-səlis modelin təklif edildiyini söyləyib.

O, tədqiqatın nəticəsi olaraq konfrans iştirakçılarına PUA-ların kibertəhlükəsizliyi ilə bağlı müəyyən etdiyi açıq elmi-tədqiqat məsələlərindən danışıb. PUA-ların avtomatik naviqasiyası üsullarının, onların maneədən yayınması üçün kompüter görməsi alqoritmlərinin işlənməsinin PUA elmi tədqiqatlarının ən vacib və mühüm sahəsi olduğunu söyləyib.

Sonda konfrans iştirakçılarının səsləndirdiyi suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı