Kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün yeni yanaşma təklif olunub Noyabr 03, 2021 | 10:08 / Konfranslar, iclaslar

AMEA İnfromasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib.

“Akustik siqnallara əsaslanan kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün bir yanaşma” mövzusunda məruzəni təqdim edən L.Suxostat öncə kiber-fiziki sistemlər haqqında ümumi məlumat verib, onların xarakteristikalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, kiber-fiziki sistemlərdə anomaliyaları aşkarlamaq üçün akustik siqnallardan alınmış spektroqram və skaloqramlarından istifadə etməklə transfer təlimi arxitekturası əsasında işlənilmiş yanaşmanı təqdim edib. Qeyd edib ki, transfer təlimi fərqli predmet sahəsində böyük verilənlər bazasında öncədən öyrədilmiş dərin neyron modellərinin çəkilərindən istifadə edir.

L.Suxostatın sözlərinə görə, təklif olunan yanaşmanın dəqiqliyini artırmaq üçün SPOCU aktivləşdirmə funksiyası tətbiq edilib: “Kiberfiziki sistemlərin məhdud resurslara malik olduğu nəzərə alınaraq, yüksək məhsuldarlığı olan və təlim mərhələsində kiçik hesablama resursları tələb edən ekstremal qradiyent sürətləndirmə alqoritmindən istifadə edilmişdir”.

Tədqiqatçı qeyd edib ki, belə alqoritmlərin tətbiqi sayəsində yeni nəsil sənaye avadanlıqlarından qeydə alınan siqnallarda anomaliyaların aşkarlanmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür.

O, çıxışı zamanı konfrans iştirakçılarına kiber-fiziki sistemlərin kibertəhlükəsizliyi ilə bağlı müəyyən etdiyi açıq elmi-tədqiqat məsələləri barədə də məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı