Kibertəhlükəsizlik problemlərinə həsr olunmuş beynəlxalq konfrans seksiya iclasları ilə davam edir Oktyabr 29, 2021 | 11:05 / Konfranslar, iclaslar

NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans seksiya iclasları ilə davam edir.

Konfransın sonuncu günündə keçirilən seksiya iclaslarında “Qeyri-səlis test metodundan istifadə etməklə proqramlaşdırıla bilən məntiq kontrollerlərinin həssaslığının tədqiqi”, “Açıq nəticəçıxarma şəbəkələri”, “Bulud əsaslı SCADA sistemlərində kibertəhlükəsizlik problemləri”, “Dənizçilik sektoru üçün kibermühit”, “Kvant erasında kibertəhlükəsizlik çağırışları və imkanları”, “Sənaye idarəetmə sistemlərində kiberfiziki infrastrukturlar üçün kompüter insidentlərinin tədqiqi”, “İyerarxik gizli Markov modelinə əsaslanan sənaye idarəetmə sistemində anomaliyaların aşkarlanması”, “Kiberhücumların təhdidləri və mümkün nəticələri” və digər mövzularda məruzələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı