"Pilotsuz uçuş aparatlarına qarşı olan kiberhücumların sayı çoxalıb" Oktyabr 28, 2021 | 12:11 / Konfranslar, iclaslar

AMEA İnfromasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təşkilatçılığı ilə keçirilən, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsi Yeni Nəsil Müharibə kimi” beynəlxalq elmi-praktik konfransının Hərb elmləri bölməsində çıxış edib.

“Pilotsuz uçuş aparatlarını hədəf alan kiberhücumlar” mövzusunda məruzəni təqdim edən O.Vəlixanlı əvvəlcə pilotsuz uçuş aparatları (PUA) haqqında ümumi məlumat verib, onların müxtəlif xüsusiyyətlərinə görə xarakteristikalarını dinləyicilərin diqqətinə çatdırıb.

O, PUA-lara tələbatın sürətlə artdığını, lakin bununla yanaşı, onlara qarşı olan kiberhücümların sayının da çoxaldığını vurğulayıb.

Tədqiqatçı son zamanlar PUA-ları hədəf alan QMS aldatması (ing. GPS spoofing), xidmətdən imtina (ing. Denial-of-service ), paylanmış xidmətdən imtina (ing. Distributed Denial-of-service ), ortada adam (ing. Man-in-the-middle) və əngəlləmə (ing. Signal Jamming) kimi kiberhücumlar haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

O.Vəlixanlı PUA-lara qarşı istifadə olunan hücumların bəzən əhəmiyyətli olduğunu da qeyd edib. O, cari ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xüsusi radioelektron mübarizə kompleksindən istifadə etməklə Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli PUA-nın zərərsizləşdirilməsini buna misal göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı