İnstitutun dissertantı AICT 2021-də məruzə ilə çıxış edib Oktyabr 15, 2021 | 02:01 / Konfranslar, iclaslar

“İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 15-ci IEEE Beynəlxalq Konfransı”nın (AICT 2021)  “Kibertəhlükəsizlik və tətbiqləri” (Cybersecurity and best practice) mövzusuna həsr olunan bölmə iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Elşən Bağırov “Zərərli proqramların aşkarlanması ilə bağlı tədqiqatlara baxış” (“Review of researches on malware detection”) adlı təqdimatla çıxış edib.

O, əvvəlcə zərərli proqramların analiz və aşkarlanması, mövcud problemlər, eləcə də, bu istiqamətdə aparılmış işlərin sistemləşdirilməsinin vacibliyini vurğulayıb, tədqiqatın verdiyi töhfələri sadalayıb. Sonra zərərli proqramların aşkarlanması və analizi üçün çap edilmiş elmi işlərin icmalı istiqamətində aparılmış işlər, mühüm çatışmazlıqları diqqətə çatdırıb.

Zərərli proqramların aşkarlanması üçün statik, dinamik, hibrid analiz metodları ilə yanaşı, maşın öyrənmə modellərinin də bu metodlarla birgə işləndiyini vurğulayan məruzəçi həmin proseslərin ümumi sxemini izah edib.

E.Bağırov mövzu üzrə son illərdə indeksli bazalarda nəşr edilmiş işlərin nəşr növünə görə trendini qrafik üzərindən göstərib və bu trendə təsir edən əsas faktorları diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə bu tip nəşrlərin sayının artmasına səbəb 2017-ci ildə qlobal səviyyədə itkilərə yol açan WannaCry girov tələb edən proqramının sürətlə yayılması olmuşdur. Eyni zamanda, ikinci oxşar artım trendin 2016-cı ildə göründüyünü və buna səbəbin 2015-ci ildə Microsoft tərəfindən Kaggle platformasında zərərli proqramların aşkarlanması üçün 0.5 Tb ölçüdə olmaqla 20 mindən artıq  nümunə üzrə elan edilmiş yarışmanın olduğunu deyib.

Məruzəçi analiz edilmiş 30-dan artıq məqalənin müqayisəli analizinin aparıldığını, istifadə edilən yanaşmalar və onların nəticələri, müəlliflərin istifadə etdikləri əsas verilənlər bazası və proqram vasitələrini diqqətə çatdırıb və əldə edilən nəticələr, gələcək tədqiqatlar barədə fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı