Elmi seminar: “İyerarxik klasterləşdirmə alqoritmi” Oktyabr 11, 2021 | 11:05 / Konfranslar, iclaslar

İyerarxik klasterləşdirmə alqoritmi ilə bağlı aparılan araşdırmaların nəticələri müzakirə olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn Elmi seminarında “İyerarxik  klasterləşdirmə alqoritmi” (“Hierarchical clustering”) mövzusunda müzakirələr aparılıb.

İnstitutun əməkdaşı Lalə Fətəliyeva mövzuya dair çıxış edərək öncə k-means klasterləşdirmə metodunun çatışmazlığından danışıb. Bildirib ki, bu metodda klasterlərin sayı əvvəlcədən təyin edilməlidir və bu çatışmazlığı aradan qaldırmaq üçün iyerarxik klasterləşdirmə alqoritmləri hazırlanmışdır. Bu alqoritmin əsas məntiqi oxşar xususiyyətlərin birləşməsinə əsaslanır (və ya əksinə). Bu məntiqə görə, alqoritmin 2 əsas yanaşması var: aqlomerativ və bölünmə.

Onun sözlərinə görə, aqlomerasiya (bu, aşağıdan yuxarıya doğru bir yanaşmadır) zamanı hər müşahidə öz klasterindən başlayır və iyerarxiyaya doğru irəlilədikcə cüt-cüt birləşir. Bölünmə (bu isə əksinə, yuxarıdan aşağıya doğru bir yanaşmadır) zamanı müşahidələr bir qrupda başlayır və iyerarxiya aşağı düşdükcə parçalanır.

“Aqlomerativ metod zamanı klasterlərin bir-birləri ilə birləşməsindən alınan ağacvari diaqram dendroqram adlanır. Dendroqramın əsas istifadəsi obyektlərin klasterlərə ayrılmasınının ən yaxşı yolunu tapmaqdır”, - deyə məruzəçi əlavə edib.

Bundan əlavə, L.Fətəliyeva iyerarxik klasterləşdirmə alqoritminin kateqoriyaları haqqında məlumat verib. Qeyd edib ki, buraya single linkage (tək əlaqə), complete linkage (tam əlaqə), average linkage (orta əlaqə), ward linkage (vard kriteriyası)  aiddir.

Sonda seminar iştirakçları mövzu ilə bağlı fikirlərini bölüşüblər, məruzəçiyə suallarını ünvanlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı