İnformasiya Texnologiyaları İnstitutuna yeni elmi katib təyin edilib Oktyabr 08, 2021 | 10:59 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, böyük elmi işçi Nərmin Adıgözəlova bu qurumun elmi katibi vəzifəsinə təyin edilib.

N.Adıgözəlova 2005-2009-cu illərdə Azərbayan Dövlət Pedaqoji Universitetində (ADPU) “Riyaziyyat-İnformatika” ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə həmin ali təhsil müəssisəsində “İbtidai təhsilin metodikası və pedaqogikası” ixtisası üzrə magistr təhsili alıb.

O, 2009-cu ildən 2021-ci ilə kimi AMEA İnformasiya Texnologiyaları İnstitutunda laborant, proqramçı, böyük elmi işçi vəzifələrində çalışıb. 2015-2021-ci illərdə institutun Gənc alim və mütəxəssislər şurasının sədri olub.

“Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır. O cümlədən mövcud beynəlxalq elmi bazalar və müasir qiymətləndirmə sistemləri (indeksləri), elmi məlumatların statistik və intellektual analizi istiqamətində araşdırmalar aparır. Həmçinin mövcud qiymətləndirmə indekslərinin çatışmayan cəhətləri, bu çatışmazlıqların aradan qaldırılması üçün yeni indekslər təklif edilməsi  istiqamətində işlər aparır. Eyni zamanda, elmi jurnalların, tədqiqatçıların və təşkilatların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi indekslərinin vəziyyətinin analizi və modifikasiya edilmiş indekslərin təklifi ilə məşğuldur.

8 elmi əsərin, o cümlədən beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda çap olunmuş 4 məqalənin müəllifidir. Beynəlxalq və respublika səviyyəli müxtəlif konfranslarda çıxış edib.

İnstitutda təhsil alan magistrantların hazırlanmasında, gənclərin еlmi-ictimai fəaliyyətinin dəstəklənməsində, onların müxtəlif elmi-innovativ təşəbbüslərinin stimullаşdırılmаsında, Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesində gənclərə metodiki və informasiya dəstəyinin verilməsində, ümumilikdə, yetişməkdə olan gənc nəslin elmi klassifikasiyasının artırılmasında yaxından iştirak edir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Nərmin xanımı institutun elmi katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirik!

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı