991
FRTEB-in Ümumi yığıncağı AMEA-nın müxbir üzvü Misir Mərdanovun 75 illik yubileyinin keçirilməsi barədə Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb Oktyabr 04, 2021 | 09:12 / Konfranslar, iclaslar

Oktyabrın 3-də tanınmış alim, Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın (AMEA) müxbir üzvü Misir Mərdanovun 75 yaşı tamam olur.

Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistan Res­pub­likasının Göyərçin kəndində anadan olub.

1969-cu ildə Azərbaycan Döv­lət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən alim əmək fəaliyyətinə Gən­cə Dövlət Pedaqoji İnstitutunda başlayıb.

Misir Mərdanov 1973-cü ildə fəlsəfə doktoru, 1989-cu ildə elmlər doktoru elmi dərəcəsini, 1981-ci ildə do­sent elmi adını alıb. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

O, 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri olub. 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­ru, 2021-ci ildən baş direktorudur.

Akademik Yusif Məmmədovun sözlərinə görə, yubilyarın elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zə­ru­ri şərtlərin alınmasına həsr edilib. O, geniş sinif müxtəlif məhdudiyyətləri olan optimalidarəetmə mə­sə­lə­lə­ri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işləyib.

Həmçinin gecikən ar­qu­­mentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zə­ruri şərtlər isbat edib, diskret sistemlərlə xarakterizə olunan daha geniş si­nif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil edib, da­ha səmərəli metod işləyib, onların tətbiqi ilə optimallıq üçün daha güclü bi­rin­ci və yüksək tərtib zəruri şərtlər alıb.

Bundan başqa, Misir Mərdanov idarəedici funksiyalarda gecikmə olan proseslərdə ilk dəfə op­ti­mal­lıq üçün Kel­li, Koop-Mayer və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı, disk­ret tən­lik­lər­lə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərt­ləri,  Pontrya­gi­nin maksimum prinsipinin yeni diskret analoqonu və ikinci tər­tib çoxnöqtəli zə­ruri şərtlər alıb. Eyni zamanda funksionalın sıfırıncı, bi­rinci və ikinci tər­tib variasiya anlayışlarını yeni formada verərək daha güclü və konstruktiv op­ti­mallıq şərtləri, həmçinin klassik variasiya məsələlərində güc­lü exstremum üçün yeni zəruri və kafi şərtlər isbat edib. 

Elmi şuranın sədr müavini diqqətə çatdırıb ki, görkəmli alim Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-pre­zi­­denti, Türk dün­yası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dün­yası Ri­ya­ziy­­yat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Bey­nəl­xalq Elmlər Aka­­­demiyasının (Moskva) akademiki, həmçinin Rusiya Pedaqoji və Sosial Elm­­­lər Akademiyasının həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının xa­ri­ci üz­vü, “Azerbaijan journal of Mathematics” və “Ri­­yaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnallarının baş re­dak­to­ru,“TWMS Journal of Pure and Applied Mat­he­ma­tics” və “Çebışevski sbornik” (Чебышевский сбор­ник) jur­nal­la­rı­nın beynəlxalq redaksiya heyətinin  üzvüdür.

150 elmi əsərin, 5 monoqrafiya, 20 dərs­lik və dərs vəsaitinin, ölkənin görkəmli şəx­siy­yət­ləri ilə bağ­­­lı 64 məqalə, “Azərbaycan təhsil ta­rixi” dörd­cild­liyi, “1920-ci ilə­dək ali məktəblərdə oxu­muş Azər­­bay­can­lılar” çoxcildliyi, həmçinin təh­sillə bağ­lı 10 ki­ta­b və 120 mə­qa­lə­­nin müəllifidir. Rəh­bər­liyi ilə 2 elm­lər dok­to­ru və 7 fəlsəfə doktoru ha­zır­lanıb.

Onlayn tədbirdə çıxış edən FRTEB-in həqiqi və müxbir üzvləri Misir Mərdanovun elmi və elmi-təşkilati, pedaqoji fəaliyyətini yüksək dəyərləndiriblər. Yubilyara səmimi təbriklərini və xoş arzularını çatdırıblar.

Sonra FRTEB-in Ümumi yığıncağı Misir Mərdanovun 75 illik yubileyinin keçirilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması üçün müvafiq qərar qəbul edib.

AMEA-nın müxbir üzvü, tanınmış alim Misir Mərdanovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı