ikt.az saytının yeni konsepsiyası işlənilir Oktyabr 01, 2021 | 12:11 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun ikt.az saytının yeni versiyasının işlənməsinə dair fəaliyyət planı Elmi şuranın iclasında təqdim olundu.

Fəaliyyət planını institutun əməkdaşı Aqşin Paşayev təqdim edərək öncə www.ikt.az saytının yeni versiyasının işlənilməsi üçün zəruri olan tədbirləri diqqətə çatdırdı. O, yeni versiyanın hazırlanmasına dair işçi qrupun yaradıldığını, veb səhifədə mövcud olan problemlərin aradan qaldırılması üçün təşkilatın əməkdaşları tərəfindən verilən təklif və iradların toplanıldığını bildirdi.  

A.Paşayevin sözlərinə görə, veb səhifənin yeni versiyasının işlənməsi üçün araşdırmalar aparılmış, təklif, irad və araşdırmaların nəticəsində yeni versiyanın işlənməsi üçün texniki tapşırıq hazırlanmışdır: "Texniki tapşırıq əsasında veb-səhifənin yeni dizaynı və proqram təminatının işlənilməsi nəzərdə tutulur".

Məruzəçi, həmçinin ikt.az saytının istifadəyə verilməsindən sonra görülməsi zəruri olan tədbirləri iclas iştirakçılarının nəzərinə çatdırdı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev fəaliyyət planı ilə əlaqədar fikirlərini bölüşərək ikt.az-ın rəhbərlik etdiyi qurumun fəaliyyətinin operativ şəkildə işıqlandırılmasında mühüm rolunu önə çəkdi. Veb saytın yeni versiyasının yüksək səviyyədə təşkili, dizaynı və proqram təminatının yeni tələbər əsasında, müasir texnologiyaların tətbiqi ilə hazırlanmasına dair təklif və tövsiyələrini irəli sürdü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı