İnstitutun elmi seminarları intellektual sosial media platformasına çevrilməlidir Avqust 02, 2021 | 11:52 / Konfranslar, iclaslar

İnstitutun intellektual fəaliyyətinin əsas dayaqlarından biri də elmi seminarların yüksək səviyyədə təşkilidir.

Elmi şuranın növbəti onlayn iclasında texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva institutun elmi seminarlarının fəaliyyəti haqqında məlumat verib.  

O, institutda 6 ay ərzində prioritet istiqamətlərdə aparılan tədqiqatlar, doktorant və dissertantların, magistrantların elmi fəaliyyətləri, eləcə də fəlsəfə və elmlər doktorluğu üzrə dissertasiya işlərinin müzakirəsinə dair 90-a yaxın elmi seminarın keçirildiyini söyləyib. Həmçinin seminarlara təqdim olunan mövzuların şöbələr üzrə paylanmasına dair statistikanı diqqətə çatdırıb.

F.Abdullayeva elmlər doktoru və magistr hazırlığı üzrə ABC formaları əsasında attestasiya olunacaq, eləcə də fəlsəfə doktoru hazırlığı üzrə ABC formaları əsasında attestasiya olunmuş şəxslərin siyahısını təqdim edib.

Məruzəçi institut seminarlarına təqdim olunması nəzərdə tutulan mövzular barədə də məlumat verib. Belə ki, elmi seminarlarda “Pilotsuz uçuş aparatları və onların kibertəhlükəsizliyi problemləri”, “Kiber-fiziki sistemlərin intellektuallaşması: mövcud vəziyyəti, problemləri və perspektivləri” və digər mövzularda çıxışların edilməsi, bir sıra dissertasiya işlərinin irad və tövsiylər nəzərə alınaraq yenidən işlənilməsi və müzakirəyə çıxarılması planlaşdırılır.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev institutun elmi seminarlarının intellektual sosial media platforması kimi müntəzəm və ardıcıl keçirilməsinin əhəmiyyətinə toxunub. Bildirib ki, əsas məqsəd institut əməkdaşlarının apardığı tədqiqatları, əldə olunan mühüm nəticələri təqdim etmək, müxtəlif mövzularda elmi müzakirələr təşkil etmək, ideyalar ortaya qoymaq və elmi təfəkkürü formalaşdırmaqdır.

“İnstitutun intellektual fəaliyyətinin əsas dayaqlarından biri də elmi seminarların yüksək səviyyədə təşkilidir”, - deyən akademik bu kimi iclasların tədqiqatçının fəaliyyətinin daha səmərəli təşkilində və intellektual mühitin yaradılmasında mühüm rol oynadığını vurğulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı