“Elmmetriya saatı” interaktiv seminarının fəaliyyəti gücləndirilir İyul 30, 2021 | 12:58 / Konfranslar, iclaslar

2017-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmmetriya saatı” interaktiv seminarlarının keçirilməsinə start verilib. Bu günədək onlarla iclasda elmmetriyaya dair müxtəlif mövzularda məruzələr təqdim olunub. Hazırda həmin məruzələrin toplanılaraq işlənilməsi, onların əsasında məqalə və dərsliklərin hazırlanması istiqamətində işlər aparılır.

Bu barədə məlumatı institutun Elmi şurasının onlayn iclasında böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova “Elmmetriya saatı” interaktiv seminarının fəaliyyət planı haqqında çıxışı zamanı verib.

R.Həsənova cari ildə “Antiplagiat sistemində elmi nəticələrin orijinallıq göstəricilərinin təqdim edilməsi məsələləri”, “Jurnalogiya – akademik nəşr prosesinin bütün aspektləri”, “Azərbaycan elmi jurnallarının “Web of Science” beynəlxalq akademik bazasında təmsilçilik məsələləri” kimi mövzularda seminarların keçirildiyini, onlardan bir neçəsinə dair broşürlərin hazırlandığını söyləyib.

Sonra məruzəçi 2021-ci ildə “Elmmetriya saatı” interaktiv seminarı çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutlan mövzular barədə məlumat verib. Qeyd edib ki, seminarlarda QR kodun istifadə qaydaları və tətbiq sahələri, gənc doktorant və dissertantların maarifləndirilməsi məqsədilə dissertasiya işləri, məqalə və konfrans materiallarının hazırlanması qaydaları, “yırtıcı” jurnallar, əsas elmi terminlər və qlossarilər, kompüter elmləri sahəsinin nüfuzlu alimləri və digər aktual mövzularda məruzələrin təqdim edilməsi planlaşdırılır.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elm sahəsində “qara bazar”ın formalaşması məsələsinin elmmetriyanın əsas fəaliyyət istiqamətlərindən olduğunu deyib, bu mövzuda araşdırmaların aparılmasının zəruriliyini önə çəkib.

Akademik elmmetriyaya dair seminarların institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını nəzərə çatdıraraq hər kəsi bu tədbirlərdə fəal iştirak etməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı