İnstitutun struktur bölmələri üzrə yarımillik hesabatların nəticələri müzakirə olundu İyul 28, 2021 | 12:10 / Konfranslar, iclaslar

Xəbər verdiyimiz kimi, iyul ayı ərzində AMEA İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələrinin  2021-ci il üzrə yarımillik hesabat iclasları keçirildi. İclaslarda hər bir şöbə 6 ay ərzində elmi-nəzəri, elmi-innovasiya və ekspertiza, elmi-təşkilati  fəaliyyət, elmi biliklərin təbliği və populyarlaşdırılması çərçivəsində görülən işlər haqqında ətraflı məlumta verdilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında  2021-ci   ilin   I  yarımili   üzrə institutun struktur bölmələrinin hesabatlarının nəticələri müzakirə olundu.

Bu barədə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış etdi. O, bildirdi ki, 6 ay ərzində institutda 2 elmi istiqamət, 11 problem və 52 iş üzrə elmi tədqiqatlar aparılmışdır: “İnformasiya   texnologiyalarının   elmi-nəzəri   problemlərinin araşdırılması   və   effektiv   metodların   işlənməsi istiqamətində Big Data analitikası, Data mining, informasiya təhükəsizliyi, proqram mühəndisliyi problemləri və s. istiqamətlərdə elmi fəaliyyət həyata keçirilmişdir. İnformasiya   cəmiyyətinin   elmi-nəzəri   problemlərinin araşdırılması    və   effektiv   metodların   işlənməsi çərçivəsində isə intellektual elektron dövlətin formalaşması və inkişafı, elektron tibbin formalaşması, e-elm və elmmetriya, informasiya və bilik iqtisadiyyatı  və s. mövzularda tədqiqatlar davam etdirilmişdir”.

R.Ələkbərov yarım il ərzində şöbə əməkdaşları tərəfindən 83 məqalə, 60 tezis, 3 kitab, 3 ekspres-informasiyanın hazırlandığını, 25 məqalənin nüfuzlu, impakt faktorlu beynəlxalq jurnallarda çap olunduğunu diqqətə çatdırdı.

O, “Web of Science” və “Scopus” bazalarında çap olunmuş məqalələrin, eləcə də konfrans materiallarının şöbələr üzrə paylanması, institut əməkdaşlarının elmi əsərlərinə istinadların sayı ilə bağlı statistikanı təqdim etdi.

Elmi innovasiya və ekspertiza fəaliyyəti haqqında məlumat verən alim, institutun dövlət tapşırıqlarının icrasında fəal  iştirak etdiyini, 28 nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunduğunu, xarici jurnallardan göndərilən məqalələrə rəylərin hazırlandığını dedi.

R.Ələkbərov elektron elm və  AzScienceNet şəbəkəsinin fəaliyyəti çərçivəsində GEANT  şəbəkəsinə  inteqrasiya ilə bağlı görülən işlərdən də danışdı. GEANT şəbəkəsinə qoşulmaq üçün ehtiyat fiber-optik  (1 Gbit/san.) əlaqə kanalının sazlandığını, İnternet trafikin sürətinin  3 Gbit/saniyəyə kimi artırıldığını söylədi.

Alim bildirdi ki, 6 ay ərzində e-elm və e-təhsilin şəbəkə infrastrukturları olan AzScienceNet və AzEduNet-in inteqrasiyası, İnternet və GEANT-a etibarlı çıxışların təmin edilməsi ilə əlaqədar işlər davam etdirilib.

AzScienceNet  şəbəkə   infrastrukturunun   genişləndirilməsi ilə bağlı görülən işlərdən söz açan direktor müavini AMEA-nın institut və təşkilatlarına məxsus 200 yeni kompüterin AzScienceNet şəbəkəsinə qoşulduğunu, Data Mərkəzdə 168 Tbayt yaddaşa malik yaddaş qurğusunun quraşdırıldığını bildirdi.

R.Ələkbərov, həmçinin Tədris-İnnovasiya Mərkəzi və İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti, institut əməkdaşları tərəfindən beynəlxalq elmi əməkdaşlıq, elmi-təşkilati fəaliyyət, elmi biliklərin təbliği və populyarlaşdırılması çərçivəsində görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, hər bir şöbənin fəaliyyətinin daha səmərəli təşklinə dair təklif və tövsiyələr səsləndirildi.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev  institutun 6 aylıq hesabatının nəticələrinə dair fikirlərini bölüşdü. Yarım il ərzində struktur bölmələrdə aparılan elmi tədqiqatları, əldə olunan mühüm nailiyyətləri yüksək qiymətləndirən R.Əliquliyev, hər bir şöbə rəhbərini bundan sonra da institutun qarşısına qoyulan vəzifələrin icrasında fəal iştirak etməyə, elmi fəaliyyəti gücləndirməyə, beynəlxalq elmi əməkdaşlığı genişləndirməyə çağırdı.

R.Əliquliyev bildirdi ki, aktual problemlərin aşkar olunması, rəqabətədavamlı tədqiqatların aparılması və əldə olunan nəticələrin “Scopus”, “Web of Science” kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli, impakt faktorlu jurnallarda çap olunması, eləcə də kadr potensialının gücləndirilməsi hər bir şöbənin əsas hədəflərinə çevrilməlidir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı