AMEA Yüksək Texnologiyalar Parkında hidroizolyasiya məhsullarının istehsalının təşkili həyata keçiriləcək İyul 27, 2021 | 12:00 / Konfranslar, iclaslar

İyulun 26-da AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin sədri, akademik Rasim Əliquliyev və şuranın üzvləri, YT Parkın baş direktoru Vasif Abbasov, texnoparkın icraçı direktoru Zaur Nəhmətov, eləcə də rezidentlik üçün müraciət etmiş “AZOİL İNDUSTRY” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktor müavini Rəşad Abbasov və bir sıra məsul şəxslər iştirak ediblər.

“Zoom” platforması üzərindən baş tutan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın “AZOİL İNDUSTRY” MMC-nin YT Parkın rezidenti kimi qeydiyyata alınması məsələsinin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra “AZOİL İNDUSTRY” MMC-nin direktor müavini Rəşad Abbasov çıxış edərək YT Parka təqdim etmək üçün hazırlanmış “Hidroizolyasiya məhsullarının istehsalının təşkili yönümlü investisiya” layihəsi haqqında ətraflı məlumat verib.

O, investisiya layihəsinin texnoparkın ərazisində icarəyə götürülmüş torpaq sahəsində hidroizolyasiya məhsullarının istehsalının təşkil olunması üçün işlənib hazırlandığını deyib. Daxili bazarda bu məhsullara olan yüksək tələbatı nəzərə alaraq keyfiyyətli və rəqabətədavamlı məhsullar istehsal etməyin əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

R.Abbasov layihə çərçivəsində istehsal olunacaq məhsulların həm daxili bazarda, həm də xarici ölkələrdə satışının nəzərdə tutulduğunu deyib. Direktor müavini layihəyə cəlb olunacaq ərazinin tələb olunan bütün kommunikasiya (elektrik, qaz, su və kanalizasiya, telefon və s.) xətləri ilə tam təmin edildiyini vurğulayıb.

O bildirib ki, əhalinin tikinti materiallarına tələbatının yerli istehsal hesabına təmin olunması ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Yeni layihə həm də əhalinin keyfiyyətli tikinti materialları, o cümlədən hidroizolyasiya məhsulları ilə təmin olunmasına, idxaldan asılılığın azalmasına imkan yaradacaq, ölkənin ümumi ixrac potensialının güclənməsində mühüm rol oynayacaqdır.

R.Abbasov, həmçinin layihə üzrə hidroizolyasiya məhsullarında istifadə ediləcək materiallar, nəzərdə tutulan əsas işlərin mərhələləri, məhsulun xarakteristikası, istehsal gücü və istehsal həcmi haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra layihə ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən Ekspertlər Şurasının üzvləri – akademiklər Rasim Əliquliyev, Vaqif FərzəliyevCavad Abdinov, AMEA-nın müxbir üzvləri Oktay QasımovBəxtiyar Məmmədov və texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov hidroizolyasiya məhsullarının istehsalının təşkili yönümlü investisiya layihəsinin istehsalının genişləndirilməsi, bu məhsulların ekoloji təhlükəsizliyinin təmin olunması, xarici bazardan asılılığın azaldılması, xammalın tərkibi və keyfiyyət göstəriciləri ilə bağlı suallarla çıxış ediblər.

Ekspertlər Şurasının üzvləri layihəni dəstəklədiklərini bildirərək, “AZOİL İNDUSTRY” MMC-nin AMEA-nın aidiyyəti institut və təşkilatları ilə birgə fəaliyyətinin daha səmərəli nəticələr verəcəyinə, layihənin uğurlu inkişafına imkan yaradacağına əminliklərini ifadə ediblər.

Akademik Rasim Əliquliyev öz çıxışında “AZOİL İNDUSTRY” MMC-nin fəaliyyətini yüksək qiymətləndirib: “AMEA YT Parkda fəaliyyət göstərmək həm də adıçəkilən qurumun qarşısına böyük məsuliyyət qoyur. Bu, o deməkdir ki, layihə çərçivəsində elm və innovasiya əsaslı, rəqabətədözümlü məhsullar istehsal ediləcək”.  

Rasim Əliquliyev Ekspertlər Şurasının səsləndirdiyi suallar və aparılan müzakirələrin layihənin uğurla icra edilməsinə təkan verəcəyini də vurğulayıb.

Daha sonra YT Parkın baş direktoru Vasif Abbasov çıxış edərək “AZOİL İNDUSTRY” MMC-nin nümayəndəsinə, eləcə də müzakirələrdə fəal iştirak edən Ekspertlər Şurasının üzvlərinə təşəkkürünü bildirib. O, “AZOİL İNDUSTRY” MMC-nin AMEA-nın Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri, eləcə də Polimer Materialları institutları kimi müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin təşkilinin əhəmiyyətini önə çəkib. Baş direktor AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə innovativ layihələrə diqqət ayırdığına və YT Parka hər zaman dəstək göstərdiyinə görə minnətdarlığını ifadə edib.

Sonda “AZOİL İNDUSTRY”  layihəsinin YT Parkın rezidentliyinə qəbul edilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi yekdilliklə qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı