Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri tədqiq olunur İyul 12, 2021 | 02:55 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2021-ci il üzrə yarımillik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev şöbədə 6 ay ərzində aparılan elmi tədqiqatlar, əməkdaşların respublika və beynəlxalq konfranslarda iştirakı, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verdi.

R.Alıquliyev “Big Data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi”, “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi”, “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün klasterləşdirmə alqoritmlərinin işlənilməsi”, “Böyük həcmli məlumatların intellektual analizi üçün klasterləşdirmə alqoritmlərinin işlənilməsi”, eləcə də “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi”, “Natamam informasiya şəraitində texniki sistemlərin intellektual idarə edilməsinin metod və alqoritmlərinin yaradılması”, “Maye dempferli rəqsvari sistemlərin hərəkətinin diskret modelinin qurulması” mövzuları üzrə tədqiqatların aparıldığını diqqətə çatdırdı.

O, bildirdi ki, 6 ay ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science”, “Scopus” və digər elmi bazalarda (EBSCO, DBLP, ACM, Google Scholar və s.) indeksləşən jurnallara 6 məqalə təqdim olunub.

Beynəlxalq elmi əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən R.Alıquliyev Avstraliya Federasiya Universiteti ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söylədi. Qeyd etdi ki, bu elmi qurumun alimləri ilə birgə elmi araşdırmalar aparılır, əməkdaşlığın nəticəsi olaraq məqalələr hazırlanır.

Alim, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı haqqında danışdı. Rəhbərlik etdiyi şöbənin elmmetrik göstəricilərini diqqətə çatdıraraq, əməkdaşların əsərlərinə cari ildə 347, son 5 ildə 2903, ümumilikdə isə 4865 istinad olunduğunu bildirdi.

Hesabat ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirdi. Şöbədə mühüm problemlər üzrə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd etdi.

Elmi şuranın qərarı ilə şöbənin 6 aylıq hesabatı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı