Elektron tibbin formalaşması istiqamətində tədqiqatlar genişləndirilir İyul 09, 2021 | 01:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2021-ci il üzrə I yarımil üçün hesabatı təqdim olundu.

Hesabatı təqdim edən şöbənin müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova cari ilin I yarımili üzrə yerinə yetirilmiş  elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, bildirdi ki, tədqiqatlarİnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi” istiqamətində “Elektron tibbin formalaşması problemləri” üzrə aparılıb.

M.Məmmədova “Elektron tibb mühitində intellektual idarəetmə və qərarların qəbul olunmasının dəstəklənməsi problemləri”, “Qaraciyər xəstəlikləri  və transplantasiyası üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi”, “Səhiyyə 4.0 şəraitində vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması prinsiplərinin işlənməsi” mövzusunda aparılmış tədqiqatların nəticələrindən bəhs etdi, bu tədqiqatların e-tibbin formalaşması problemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu bildirdi. O, “İnsan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi”, “Elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənməsi” mövzuları üzrə dissertasiya mövzularının müdafiə olunduğunu və bu istiqamətlər üzrə tədqiqatların İndustry 4.0 platformasında davam etdirildiyini diqqətə çatdırdı. E-dövlət mühitində intellektual əmək bazarının arxitektur-texnoloji prinsiplərinin işlənilməsi üzrə tədqiqatların Milli Əmək bazarı Observatoriyanın nümunəsində aparıldığını bildirdi.

Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində cari yarımildə həyata keçirilən müxtəlif elmi-texniki ekspertiza işləri, müxtəlif tədbirlər haqqında məlumat verdi.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verdi, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatını yüksək qiymətləndirdi, tədqiqatlarla bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə elektron tibbin formalaşması problemləri üzrə aparılan elmi-tədqiqatların daha da gücləndirilməsinin vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı