Antiplagiat sistemində elmi nəticələrin orijinallıq göstəricilərinin təqdim edilməsi məsələləri müzakirə olunub İyul 05, 2021 | 11:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsində institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və kiçik elmi işçi Firudin Əsgərovun həmmüəllifliyi ilə “Antiplagiat sistemində elmi nəticələrin orijinallıq göstəricilərinin təqdim edilməsi məsələləri” mövzusunda onlayn elmi seminar keçirilib.

Məruzə plagiatlıq, plagiatlıqla mübarizə vasitələri, antiplagiat proqram təminatları, Azərbaycanda antiplagiat xidmətləri, orijinallıq göstəricilərinin təqdimatı və digər məsələləri əhatə edib.

R.Həsənova mövzuya dair çıxış edərək bildirib ki, plagiatlıq intellektual mülkiyyətin qeyri-maddi formada qanunsuz mənimsənilməsi, piratçılıq isə intellektual mülkiyyətin maddi formada qeyri-qanuni mənimsənilməsidir. Plagiatlıqla mübarizə vasitələrinə veb əsaslı (sayt üzərindən) və tətbiqi proqram təminatı daxildir.

Antiplagiat proqram təminatları barədə məlumat verən məruzəçi verilənlər bazası üzrə yoxlama, İnternet üzərindən yoxlama, nəşrin yoxlanması, fərqli sənədlərin eyni anda müqayisəsi, müxtəlif əlifba və dillərin dəstəklənməsi və digər əlamətləri diqqətə çatdırıb.

O, qeyd edib ki, ölkəmizdə Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texnologiya Universiteti, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunda antiplagiat xidmətləri mövcuddur.

Orijinallıq göstəricilərinin təqdimatından bəhs edən R.Həsənova buraya insan resursu, müəllifin özünə istinadlar, əksinə plagiat, ədəbiyyat siyahısı və mükəmməl tərcümə alətinin daxil olduğunu söyləyib.

O, həmçinin Azərbaycanda antiplagiat xidmətlərinin göstərilməsi və qiymətlər barədə məlumat verib, institutda plagiatlığın yoxlanılması nəticəsinə dair nümunə təqdim edib.

Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı