“Klasterləşdirmə üçün daxili qiymətləndirmə indeksləri” mövzusunda elmi seminar keçirildi İyun 22, 2021 | 03:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. Seminarda  “Klasterləşdirmə üçün daxili qiymətləndirmə indeksləri”  mövzusunda müzakirələr aparıldı.

Şöbənin magistrantı Leyla Məmmədova çıxış edərək öncə klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indeksləri barədə məlumat verdi. O, klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi üçün müxtəlif indekslərin təklif edildiyini bildirdi. Qeyd etdi ki, əgər verilənlər çoxluğunun sinifləri əvvəlcədən məlum deyilsə, onda klasterləşdirmənin keyfiyyətini qiymətləndirmək üçün daxili indekslərdən istifadə olunur.

Məruzəçi “Silhouette indeksi”, “Dunn indeksi”, “Davies-Bouldin indeksi”, “Calinski-Harabasz indeksi” barədə məlumat verdi, hər birinə aid hesablama nümunələrini təqdim etdi.

Sonra müzakirələr aparıldı, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırdı.

Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev məruzə ilə bağlı fikirlərini bölüşərək, tədqiqatçıya klasterləşdirmə üçün daxili qiymətləndirmə indekslərinə dair araşdırmaların dərinləşdirilməsi və riyazi biliklərin artırılması ilə bağlı tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı