AMEA-nın Ümumi yığıncağında İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti yüksək qiymətləndirilib İyun 08, 2021 | 01:33 / Müsahibələr, çıxışlar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev institutun Elmi şurasının onlayn iclasında AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələr haqqında çıxış edərkən belə deyib.

Akademik R.Əliquliyev Ümumi yığıncaqda AMEA-nın elmi və ictimai həyatı üçün böyük əhəmiyyət kəsb edən, eyni zamanda ölkə üçün xüsusi önəm daşıyan məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin giriş və yekun nitqində Azərbaycan elminin mövcud problemləri, qarşıda duran vəzifələr, prioritetlər və perspektivlərə dair mühüm məsələlərə toxunulduğunu söyləyib.

Akademik R.Əliquliyev dövlət başçısı İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elmtutumlu bərpa və quruculuq işləri, “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyalarının icrası,  enerji təhlükəsizliyinə dair layihələrin həyata keçirilməsi və digər məsələlərlə bağlı Azərbaycan elminin qarşısına ciddi vəzifələr qoyduğunu deyib.

Alim Ümumi yığıncaqda AMEA-nın 2020-ci il üzrə fəaliyyəti haqqında hesabatın təqdim olunduğunu, hesabatda İnformasiya Texnologiyaları İnstitutunun əldə etdiyi mühüm  nailiyyətlərin də öz əksini tapdığını diqqətə çatdırıb.

Akademik R.Əliquliyev AMEA-nın ali tribunası olan Ümumi yığıncaqda institutun fəaliyyətinin yüksək qiymətləndirildiyini, bu uğurun əldə edilməsində qurumun hər bir əməkdaşının rolu olduğunu vurğulayıb: “İnstituta verilən yüksək qiymət hər birimizdə məmnunluq hissi yaratmaqla yanaşı, həm də məsuliyyətimizi daha da artırır, yeni nailiyyətlər əldə etmək üçün stimul verir”.

Direktor institut əməkdaşlarına IV sənaye inqilabının çağırışlarına uyğun olaraq süni intellekt texnologiyaları ilə bağlı tədqiqatları genişləndirməyi, multidissiplinar araşdırmalar aparmağı, eləcə də qarşıya qoyulan vəzifələrin icrasında fəallıq nümayiş etdirməyi tövsiyə edib.

R.Əliquliyev Ümumi yığıncaqda ölkənin alim və ziyalılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti ilə bağlı bəzi məqamları də diqqətə çatdırıb. Müraciətdə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbəyə və Azərbaycan həqiqtələrini dünya ictimaiyyətinə ən yüksək səviyyədə çatdırdığına görə dövlət başçısına dərin minnətdarlığın ifadə olunduğunu deyib.

“Fəxrlə söyləyə bilərik ki, bu gün Azərbaycan dünyanın tanınan dövlətlərindən birinə çevrilib”, - deyən alim, dövlət başçısının balanslı siyasəti nəticəsində qonşu ölkələrlə möhkəm dostluq və həmrəylik münasibətlərinin formalaşdığını da vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı