AMEA-nın müxbir üzvü Məsumə Məmmədova beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib İyun 03, 2021 | 10:51 /

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova 21-23 sentyabr 2021-ci il tarixlərdə keçiriləcək “Türk dillərinin kompüter emalı” IX beynəlxalq konfransın (The IX International Conference on Computer Processing of Turkic Languages “TurkLang 2021”proqram komitəsinin üzvü seçilib.

Qeyd edək ki, konfransın əsas istiqamətlərinə türk dilləri üçün formal modellər və proqram xidmətləri, kompüter sistemləri və terminologiyanın milli lokallaşdırılması, mətnlərin morfoloji və sintaktik emalı, türk və xarici dillərin tədrisi üçün “ağıllı” sistemlər və texnologiyalar, mətnlərin semantik emalı sistemləri və digər mövzular daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı