İnstitutun əməkdaşı impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb İyun 01, 2021 | 10:44 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə “Sustainable Computing: Informatics and Systems” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnalın əsas tədqiqat sahələri məhsuldarlığı optimallaşdırmaq üçün resurslarrın idarə edilməsi, ekoloji təmiz binalar üçün intellektual idarəetmə, verilənlərin emalının “yaşıl” mərkəzləri, dayanıqlı sistemlərin modelləşdirilməsi və qiymətləndirilməsi, paralel və paylanmış sistemlərin məhsuldarlığının monitorinqi alətləri, imtinalara dayanıqlı aparat platformaları və cihazları, real zaman sistemləri, enerji cəhhətdən effektiv arxitekturalar və bərpaolunan enerji problemləridir. Nüfuzlu jurnal energetika, elektrik enerjisi təchizatı və ətraf mühitin aktual sahələrində orijinal tədqiqat və icmal məqalələri dərc edir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 2.798

5-Year Impact Factor: 2.116

Source Normalized Impact per Paper (SNIP): 1.188

CiteScore: 3.4

SCImago Journal Rank (SJR): 0.473

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı