İnstitutun gənc tədqiqatçıları beynəlxalq konfransda yüksək nəticələr əldə ediblər May 17, 2021 | 01:41 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında uğurlu nəticələr əldə ediblər.

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları başa çatıb.

Son olaraq, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi - 2021” konfransı keçirilib və qaliblər müəyyən olunub.

İnstituta Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, konfransın proqramına “Ölçmə və idarəetmə sistemləri”, “Sistemli analiz və modelləşdirmə”, “İntellektual sistemlər və idarəetmə”, “Əşyaların İnterneti (İoT) və robototexnika”, “Təsvirlərin və siqnalların emalı”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənaye tətbiqi”, “Şəbəkələr və bulud texnologiyaları”, “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi” və “Kibertəhlükəsizliyin problemləri” bölmələri daxildir.

“İntellektual sistemlər və idarəetmə”, “Əşyaların İnterneti (İoT) və robototexnika” bölməsi üzrə qaliblər Bakı Ali Neft Məktəbinin tələbələri Roman Tolstoşeyev, Azər Sadıxzadə (I yer), Fərid Həmidov (II yer) və  Nuridə Şirinzadə (III) olub. “Sistemli analiz və modelləşdirmə bölməsi üzrə Reyhanə Kərimli (BANM) I yerin, Aytac Abdullayeva (BANM), Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli və Şəms Əliyeva III yerin sahibi olublar.

Vəfa Məmmədova (I yer), Səkinə Nağızadə (II yer), Mustafa Ağayev (III yer) konfransın “Ölçmə və idarəetmə sistemləri” üzrə bölməsinin qalibi seçiliblər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunu təmsil edən Orxan Vəlixanlı  I yerdə, Elşən Bağırov II yerdə,  Bakı Ali Neft Məktəbinin təmsilçisi Həmidə Əliyeva isə III yerdə qərarlaşaraq “Kibertəhlükəsizliyin problemləri” bölməsinin qalibi kimi müəyyənləşiblər.

“İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənaye tətbiqi” bölməsinin əsas qalibləri BANM təmsilçiləri Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli (I yer), AMEA İnformasiya Texnologiyaları İnstitutundan Eltun Əhmədov (II yer) və Tərlan Əhədli (BANM, III yer) olub.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan Leyla Məmmədova, Bakı Ali Neft Məktəbindən Azər Əliyev və Rəhim Həşimov müvafiq olaraq I, II və III yerləri bölüşüblər.

Konfransa yerli və xarici təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tərəfindən 77 tezis təqdim edilib. Ümumilikdə isə konfranslara 300-ə qədər  tezis qəbul edilib.

Qeyd edək ki, artıq ikinci ildir ki, konfranslar beynəlxalq səviyyədə və onlayn keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı